Mübarizə ardıcıl olacaq, millət vəkili korrupsiyaya qarşı tədbirlərdən danışır

20-01-2021, 00:20           
Mübarizə ardıcıl olacaq, millət vəkili korrupsiyaya qarşı tədbirlərdən danışır
“Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin”.
“Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin”.

Bu fikirləri prezident İlham Əliyev yanvarın 18-də Sumqayıtda Azərbaycan Televiziyasına müsahibəsində deyib. Xatırladaq ki, bu il yanvarın 9-da "Azərxalça" ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradov, ardınca isə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli korrupsiya ittihamları ilə həbs ediliblər. Baş Prokurorluğun mətbuata verdiyi açıqlamada hər iki şəxsin səlahiyyət hədlərini aşaraq külli miqdarda dövlət vəsaitini mənimsədiyi bildirilir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Azərbaycanda korrupsiya ilə mübarizənin hazırkı vəziyyətinə dair Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

- Azərbaycanda korrupsiya ilə mübarizənin hazırkı vəziyyətini necə şərh edərdiniz?

- Ötən ilin sentyabrında Korrupsiyaya qarşı mübarizə komissiyasının iclası keçirilmişdi. Komissiyanın sədri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri diqqətə çatdırmışdı. Prezident İlham Əliyev Sumqayıtda Azərbaycan Televiziyasına müsahibəsində bir sıra sahələrdə nəzarət tədbirlərinin həyata keçirilməsinin və gücləndərilməsini zəruriliyini qeyd etdi. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıqlar yerinə yetiriləcək və islahatların qarşısını alan maneələrə qarşı mübarizə daha ardıcıl aparılacaq. Bundan başqa, Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planında korrupsiya ilə mübarizənin əsas istiqamətləri təsbit edilib.

- Korrupsiya cinayətlərinin baş verməsinə şərait yaradan əsas amillər hansılardır?

- Korrupsiyanın qarşısı alınmalıdır. Son vaxtlar korrupsiya ilə mübarizə çərçivəsində aparılan əməliyyatlar da göstərir ki, bir sıra istiqamətlərdə problemlər var. Xüsusən də icra strukturlarında aparılan əməliyyatlar göstərir ki, yerlərdə nəzarət daha zəifdir. Vəzifəli şəxslər üzərlərinə düşən öhdəlikləri sonacan yerinə yetirmirlər. Yerli icra hakimiyyəti orqanları vəzifə təyinatlarından, tikinti-quruculuq işlərindən, dövlətin imkansız şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün gördüyü tədbirlərdən korrupsiya əməlləri üçün istifadə edirlər.

- Korrupsiyanın qarşısının alınması üçün hansı addımların atılması vacibdir?

- Bu sahədə mübarizə tədbirləri ardıcıl olaraq davam etdirilir. Əsas məsələ korrupsiya ilə mübarizədə Rəqabət Məcəlləsinin qəbuludur. Bununla bağlı addımlar atılır. Eləcə də beynəlxalq səviyyədə Azərbaycanın korrupsiya ilə mübarizədə təmsil edilməsi və bu istiqamətdə apardığı mübarizə nəticəsində reytinqinin yüksəlməsi də önəmlidir. Korrupsiya ilə mübarizə istiqamətində tədbirlər ardıcıl olmalıdır və düşünürəm ki, bu addımlar davam etdiriləcək. Ölkəmiz 44 gün davam edən Vətən müharibəsində qələbə qazandı. Bu da korrupsiya ilə mübarizədə effektivliyin artırılmasını diktə edir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.