“Əvvəl gündən deyirəm ki, biz rusdan qopmalıyıq. Biz qardaş Türkiyə ilə yaxın olmalıyıq”

28-03-2021, 10:23           
“Əvvəl gündən deyirəm ki, biz rusdan qopmalıyıq. Biz qardaş Türkiyə ilə yaxın olmalıyıq”
“Ermənistanda nə rus, nə də rus məktəbi var. Bunlar hansı ağılla rus dilini ikinci dövlət dili kimi qəbul edirlər”

Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov bu addımda həm Rusiya, həm də Ermənistanın maraqlı olduğunu bildirib:

“Ermənistanda nə rus, nə də rus məktəbi var. Bunlar hansı ağılla rus dilini ikinci dövlət dili kimi qəbul edirlər. Rusiya yenə öz məqsədinə çatmaq üçün bu cür addım atır. Bütün bunlar Putinin oyunlarıdır. Yoxsa ki, ermənilər kimdir ki, belə bir addım atsın. Rusiya indi öz sülhməramlıları ilə Qarabağda oturub və bundan sonra belə addımlar atacaq. Əvvəl gündən deyirəm ki, biz rusdan qopmalıyıq. Biz qardaş Türkiyə ilə yaxın olmalıyıq. Rusdan bizə qardaş olmaz. Rus dilinin ikinci dövlət dili elan olunması ermənilərin özlərinin də ürəyincədir. Onlar bununla Rusiyaya yaltaqlanmaq istəyirlər”.
Qeyd edək ki, erməni separatçılarının Xankəndidə “parlamentlərinin” iclasında rus dilini ikinci dövlət dili elan etməsi birmənalı qarşılanmayıb. Təbii ki, separatçılar bu qərarı rusların xoşuna gəlmək və bundan sonra da onların nökərləri olacaqlarını ifadə etmək üçün veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru