"Dördüncü və beşinci dalğalar da olacaq" — Rəşid Mahmudov
30-03-2021, 21:30

Hazırda dünyanın bir sıra ölkələri koronavirus pandemiyasının üçüncü dalğasını yaşadıqlarını elan edir. Digər tərəfdən isə virusun yeni qorxulu ştamının sürətlə yayıldığı haqda xəbərlər yayılır. Hazırda COVID-19 virusunun 200-dən artıq mutasiya keçirmiş ştammları aşkarlanıb.
Teref.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov danışıb. Onun sözlərinə görə, zamanla belə dalğavari yoluxmalar koronaviruslara və eləcə də COVID-19 virusuna xasdır:
“Bilirsiniz ki, bu virus mutasiyaya uğrayır. Onlar bir formada qalmır, quruluşunu dəyişib başqa formada özünü biruzə verir. Bir müddət əvvəl İngiltərə kraliçası İkinci Elizabet çıxıb açıqlama verib dedi ki, koronavirus beş dəfə hücum edəcək. Yoluxma dalğalarını onlar özləri idarə edirlər, bu həm siyasətdir, həm də xəstəlikdir. Kraliça düz deyir, bu hələ virusun üçüncü dalğasıdır, bundan sonra dörd və beşinci dalğalar da olacaq. Onun sözlərinə görə bu virus hələ 2023-cü ilə qədər davam edəcək. Özünüz bilirsiniz ki, dünyanı idarə edən onlardır. Bu süni hazırlanmış bir virusdur. COVİD-19 adlı virus dünyada yox idi, koronavirun altı növü var idi, bu isə yeddincidir. Özləri yaradıblar, çinlilər də bu dünyaya salıb, nə hoqqadır anlamıram. Amma virus davam edəcək, modifikasiya edib başqa formada qarşımıza çıxacaq”.