“Parlamentdəki çıxışlara görə təzyiqlər..." - Deputatdan AÇIQLAMA

10-06-2021, 21:34           
“Parlamentdəki çıxışlara görə təzyiqlər..." -
Parlamentin növbəti plenar iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları tənqid edib. Millət vəkili bildirib ki, bəzi məmurlar onun parlamentin iclasında problemlər haqda danışmasına qarşı çıxırlar.
“Bəzən mənə deyirlər ki, bir məsələni üç-dörd dəfə qaldırırsınız. Hələ durub sayırlar da. Bir məsələ dörd dəfə qaldırılırsa, deməli problem həllini tapmayıb. Bir şəhid atası müraciət edir və bildirir ki, məhkəmə qərar versə də, oğlunun sığorta pulunu ala bilmir. Ona görə də mənə müraciət edirlər ki, qurumlardan cavab ala bilmirlər, onların adından danışmağımı istəyirlər”.

Deputat Zahid Oruc “Sherg.az”a açıqlamasında parlamentarinin bu fikirlərinə münasibət bildirdi:

“Bu, subyektiv xarakter daşıyır. Şəxsən mən indiyədək analoji hallarla üzləşməmişəm. Ümumiyyətlə, parlamentin funksiyalarından biri də nazirliklərin fəaliyyətini qiymətləndirməkdir. Və bu zaman konkret şəxslərin də əməlləri nəzərə alınır”.

Z.Oruc, həmçinin çıxış yolunu da göstərdi:

“Mən həmişə köklü həllin tərəfdarı olmuşam. Milli Məclis aktiv çalışan, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edən, problemləri qaldıran və dövlətin maraqlarını yüksək tutan orqandır. Sadaladıqlarımın hər biri nəzərə alınanda, oxşaq nöqsanlar avtomatik aradan qalxacaq. Elə şərait yaradılmalıdır ki, problemləri şəffaf mühitdə müzakirəyə çıxarmaq mümkün olsun. Parlamentdəki çıxışlara görə təzyiqlər olmur. Çünki Milli Məclis müstəqil hakimiyyət orqanıdır. Əsas məsələ sərbəst fəaliyyət göstərmək və məsələlərə milli maraqlar kontekstindən yanaşmaqdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.