NATO və KTMT birləşib, İrəvana yardım edirdi... - CAVAB

19-06-2021, 11:17           
 NATO və KTMT birləşib, İrəvana yardım edirdi... - CAVAB
Türkiyə-Azərbaycan münasibətlərini rəsmi Bakının NATO-ya üzv olması kimi qələmə vermək mümkün deyil. Azərbaycan heç bir hərbi blokun üzvü deyil və yaxın illərdə də bu haqda düşünmür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksandr Şerinin “Azərbaycanı faktiki olaraq NATO üzvü saymaq olar” sözlərini şərh edərkən deyib.

Q.Hüseynli qeyd edib ki, Aleksandr Şerinin “Azərbaycan Türkiyə ordusu ilə birgə KTMT üzvünə qarşı vuruşdu” ifadəsi yanlış, bir o qədər də məkrli düşüncənin məhsuludur:

“Birincisi, belə bir şey olmayıb. Əgər Türkiyənin NATO üzvü olması və müharibə zamanı Azərbaycana siyasi dəstək verməsi bütövlükdə NATO-nun dəstəyi mənasına gəlirsə, belə çıxır ki, NATO həm də Ermənistana dəstək verib. Çünki NATO-nun digər bir üzvü olan Fransa 44 günlük müharibə zamanı Ermənistana həm siyasi, həm iqtisadi, həm də qeyri-rəsmi hərbi dəstək verib. Fransa bu gün də Ermənistanı dəstəkləyir.

Aleksandr Şerinin sözlərindən həm də bu nəticəyə gəlmək olar ki, Fransa və Rusiyanın timsalında NATO və KTMT birlikdə Ermənistana yardım edib, başqa sözlə, Ermənistan həm KTMT, həm də "faktiki olaraq" NATO üzvüdür.

İkincisi, Azərbaycan hansısa hərbi blokda yer almaqdansa, Qoşulmama Hərəkatını seçib. Ölkəmiz bu gün adıkeçən təşkilatın sədridir. Zənnimcə, bu, hər şeyi aydınlaşdırır”.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.