Xocalının kəndində əsir tutulan bu bakılı erməni indi Xocalı şəhərində yaşayır... - FOTO

21-07-2021, 08:36           
Xocalının kəndində əsir tutulan bu bakılı erməni indi Xocalı şəhərində yaşayır... - FOTO
2020-ci il oktyabrın 27-də Azərbaycan hərbçiləri tərəfindən Xocalı rayonunun Çanaqçı kəndində əsir götürülmüş Valeri Poqosyan 48 günlük əsirlik həyatından danışıb.

Moderator.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistan nəşrləri məlumat yayıb.

66 yaşlı V.Poqosyan əsir götürüldüyü ilk günlər guya Azərbaycan hərbçiləri tərəfindən incidildiyini iddia etsə də, döyüşçülərimizin kəndi azad edərkən uşaq, qadın və qocalara toxunmadıqlarını etiraf edib.
1988-ci ilədək Bakıda yaşamış və Azərbaycan dilində təmiz danışan bu erməni öz “başbilən”lərinin başlatdığı münaqişə nəticəsində Azərbaycan paytaxtındakı rahat yaşayışını tərk edib Xankəndinə köçüb. 10 il orada yaşadıqdan sonra isə Xocalı rayonunun Çanaqçı kəndində yerləşib.

14 dekabr 2020-ci ildə Azərbaycan tərəfindən Ermənistana təhvil verilən V.Poqosyan Xocalı rayon mərkəzinə gətirilib və heç bir kommunal şəraiti olmayan yarımçıq tikilidə yerləşdirilib. O, bundan sonra harada yaşayacağı və necə dolanacağını bilmir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru