Ev telefonlarına ƏLVİDA – İstifadədən çıxarılma vaxtı bəlli oldu

18-09-2021, 10:14           
Ev telefonlarına ƏLVİDA –
“Hazırda şəhər telefonlarından istifadə miqyas olaraq çox aşağı düşüb. Əlimizdə konkret rəsmi statistika olmasa da, insanların ictimai fikirlərini nəzərə alaraq, deyə bilərik ki, ev telefonları öz aktuallığını itirib. Bu göstəricini verməli olan qurumlar hazırda birləşmə mərhələsində olan Məlumat Hesablama Mərkəzi, Aztelecom və Baktelecomdur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında İTK mütəxəssisi Elvin Abbasov ev telefonlarının sıradan çıxması məsələsinə münasibət bildirərkən qeyd deyib.


Onun sözlərinə görə evlərə bir xəttin çəkilməsi prosesi dayandırılmır:

“Çünki ölkədə geniş zolaqlı xəttlər çəkilir. Kabelləşmə prosesi dayanmadığından sadəcə texnaloji dəyişim həyata keçir. Sadəcə köhnə ənənəvi iki simdən ibarət kabel sıradan çıxır. O kabellərin əsaslandığı qurğular ləğv olacaq. Bu texnalogiya çox köhnə və geridə qalmış olduğu üçün öz aktuallığını itirəcək. Artıq lazımsız olacaq və bir müddətdən sonra o şitlər də başqa fiboraktivi dəstəkləyən şitlərlə əvəzləncək. Bir sözlə proses qalır, texnalogiya isə dəyişir”.

Ekspert vurğulayıb ki, ev telefonlarının imkanları bu günkü simsiz mobil telefonlarıına görə çox azdır:

“Simsiz mobil telefonların görüntülü, səs imkanları geniş, nailiyyətləri isə ev telefonlarına görə çox ucuzdur.


Biz bir internetlə həm görüntülü danışa bilirik, həm də saytlarda gəzə bilirik. Ev telefonları isə bizə sabit danışıq imkanı verir. Əlbəttə ki, ev telefonunda internet istifadə edən abonentlər də çoxdur. Bu baxımdan sözügedən texnalogiyanın ləğv olunmasına hələ çox var. Azərbaycanda bu məsələ 1-3 ilə tam aktuallığını itirə bilər. Hazırda isə ev telefonlarından az da olsa dövlət qurumlarında və internet üçün istifadə edənlər var. Bunlar da gələcəkdə fiboraktiv üzərindən keçəcək. Beləliklə, ortalama 3-5 il sonra tamamilə o xəttlər mövcudluğunu itirəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.