“Bunların əməlləriylə dedikləri düz gəlsəydi, o boyda Sabir “Hophopnamə”ni yazmazdı...” - ETİRAZ

19-11-2021, 15:04           
“Bunların əməlləriylə dedikləri düz gəlsəydi, o boyda Sabir “Hophopnamə”ni yazmazdı...” - ETİRAZ
“Vallah, deputatları qınamıram, Bakıda 220 manata normal kirayə ev tapmaq çətindir. İndi axı deputat da gedib şəraitsiz evdə qala bilməz, ən azı hər ay 350-400 manat kirayə pulu verməlidir ki, şəraitli evdə yaşasın”.

Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deputatlarımızın kirayədə yaşaması məsələsi haqda danışarkən deyib. O da təklif edib ki, deputatların kirayə pulları artırılsın:

“Axı deputatlarımız da yazı-pozuyla məşğul olurlar, zavodda, fabrikdə işləmirlər. Yeddi nəfər deputatdı, kirayə pullarını qaldırsınlar, qoy onlar da dövlətimizə rahat xidmət etsinlər.

İndi həyatdı, hansısa deputatımızın kirayədə yaşamağıyla, 350 manatlıq “krasovka” geyinməsi düz gəlməyə bilər. (Gülür) Rəhmətliyin oğlu, bunların dedikləriylə əməlləri düz gəlsəydi, o boyda Sabir “Hophopnamə”ni yazmazdı ki”.

Qeyd edək ki, Milli Məclisin yeddi nəfər deputatının kirayədə yaşadığı məlum olub. Dövlət tərəfindən isə həmin deputatlara hər ay 220 manat kirayə pulu verilir. Lakin Razi Nurullayev deputatların kirayə pullarının artırılmasını təklif edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.