Putinlə Baydenin 2 saat 1 dəqiqə çəkən görüşü: Rusiya Ukraynaya hərbi müdaxilə edəcək? - AÇIQLAMA

8-12-2021, 12:17           
Putinlə Baydenin 2 saat 1 dəqiqə çəkən görüşü:
Putinlə Baydenin 2 saat 1 dəqiqə çəkən görüşü başa çatdıqdan sonra, Ağ Evin yaydığı məlumatda bildirilib ki, ABŞ prezidenti rusiyalı həmkarına “Ukraynaya hərbi müdaxilə olacağı təqdirdə, güclü iqtisadi sanksiyaların tətbiq ediləcəyini” deyib. Bayden Moskvanı “diplomatiyaya qayıtmağa” dəvət edib.

Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, görüşdən öncə avropalı müttəfiqləri ilə danışan Baydenin onlara nəticələr haqqında da məlumat verəcəyi bildirilir: “Vaşinqton da bilir ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək. Lakin gərginlik davamlı olacaq. Rusiya davamlı “hərbi müdaxilə” görüntüsü yaradacaq, ABŞ sanksiyalar və digər addımlarla xəbərdarlıqlar edəcək”.

Asif Nərimanlı əlavə edib ki, Ukrayna sərhədlərinə ordu toplayan Putin bununla Kiyevin separatçılara hücumunu əngəlləmək, Baydenin “rus təhlükəsi”nə qarşı avropalı müttəfiqlərini toplamaq siyasətini izləmək istəyir. Hələki hər ikisi istədiyini alır.

Müşviq Tofiqoğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.