Keçmiş "KQB" casusu Şoyqunun HARA YOXA ÇIXDIĞINI DEDİ - VİDEO

30-03-2022, 16:37           
Keçmiş "KQB" casusu Şoyqunun HARA YOXA ÇIXDIĞINI DEDİ - VİDEO
“Şoyqu sağdır, o, sursat axtarır”.TEREF,AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın “GORDON” nəşrinin baş redaktoru Alesya Batsmana keçmiş KQB kəşfiyyatçısı, Rusiya Prezidenti Vladimir Putinin keçmiş sinif yoldaşı Yuri Şvets müsahibəsində deyib.

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun ətrafında son vaxtlar onun media sahəsində “yoxa çıxması” ilə bağlı çoxlu söz-söhbətlər dolaşır. O, Şoyqunun son vaxtlar sursat axtarışı ilə məşğul olduğunu deyib.

O, Şoyqunun və RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun səhhətinin pisləşməsi ilə bağlı məlumatı şərh edib: “Hər ikisi sağdır, mən sizə diplomatik cavab verəcəm”.

“Başa düşdüyüm qədər, Şoyqu son vaxtlar sursat axtarmaqla məşğuldur”, – Şvets bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun sursatları tükənmək üzrədir.

“Zavodlar ya boşdur, ya da imkanları çatmır. Kömək üçün çinlilərin yanına qaçdılar. Çinlilər isə “yox” dedilər… Bu, onlar üçün çox acınacaqlı vəziyyətdir. Bəlkə də bu axtarışlarla əlaqədar… şamanların köməyi ilə tayqada hardasa sursat axtarırlar”, – Şvets əlavə edib.

Bundan əvvəl rusiyalı jurnalistlər Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkiblər. Nazir martın 11-dən sosial şəbəkələrdə və yayımlarda görünmür.

Daha sonra Rusiya Müdafiə Nazirliyinin rəhbərinin ürək xəstəliyinin olması ilə bağlı məlumatlar ortaya çıxıb. Putinin sözçüsü Dmitri Peskov cavab verib ki, indi “media fəaliyyətinin vaxtı deyil”.

Şayiələri təkzib etmək üçün Rusiya Müdafiə Nazirliyi Şoyqunun videobağlantı vasitəsilə həmkarları ilə əlaqə saxladığı video yayımlayıb.

Ətrafı videoda:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru