İrpeni ruslardan azad edən azərbaycanlı gənclə müsahibə - SİLAHLARIMIZ NATO -dan GƏLİB, RUSLARI MƏĞLUB EDƏCƏYİK!

31-03-2022, 00:03           
İrpeni ruslardan azad edən azərbaycanlı gənclə müsahibə - SİLAHLARIMIZ NATO -dan GƏLİB, RUSLARI MƏĞLUB EDƏCƏYİK!
Rusiyanın Ukraynaya faşist hücumu bütün dünyanın etirazına səbəb olub.
Putinin XXI əsrdə bir ölkənin ərazisini işğal siyasətinə qarşı çıxan xarici ölkələrdən könüllülər də Ukrayna üçün döyüşlərə qoşulub.

Belə şəxslərdən biri də Polşada təhsil alan həmyerlimiz Həsən Məmmədovdur.
Gununsesi.info-ya müsahibəsində Həsən Ukrayna uğrunda döyüşə qatılmasını zəruri edən səbəblərdən danışıb:

– 28 yaşım var ve Polşada Magistr təhsili alıram. Rusiya Federasiyasının Ukraynanın işğalına başladığı ilk gunlərdə könüllü kimi Polşa-Ukrayna sərhəddində müharibə qaçqınlarına kömək üçün yollandim.
2 gun orada kömək etdikdən sonra Ukrayna prezidenti Volodomir Zelenskinin Ukrayna vətəndaşı olmayanların da döyüşlərdə iştirak edə bilməsi üçün sərəncamını eşitdim. Prezidentin Xarici Legion yaratdığını öyrəndim. Bu legiona qoşulmağa qərar verdim. Sərhəddi keçərək təlim-toplanış məntəqəsinə yaxinlaşdım. Hərbi təhcizatlarımızı aldıqdan sonra döyüşlər uçün Kiev cəbhəsinə yollandiq. Hərbi hissədə məndən başqa digər üç azərbaycanlı və bir türklə tanış oldum. Onlar Ukraynada daimi yaşayanlardır.
Daha sonra eşitdim ki, burada döyüşən daha çox Azərbaycanlı var.


– Ukrayna üçün daha hansı ölkələrdən adamlar döyüşür?

– Gürcülər bizim komandanın əksər hissəsini təşkil edir. Amma hərbi hissədə dünyanın hər yerindən gələnlər var. ABŞ , Birləşmiş Krallıq, Kanada, Braziliya, Fransa, Kolumbiya, Hollandiya, Almaniya, İspaniya, Portuqaliya, İsrail, Cənubi Koreya, Tacikistan və digər ölkələrdən də döyüşçü var.

Hesab edirəm ki, bu, belə də olmalıdır. Ortada Rusiyanın bir ölkəni işğal istəyi var. Hamı buna qarşı çıxmalıdır.

– Bu günlərdə hansı qanlı döyüşdən keçmisən?

– Biz Ukrayna Xüsusi Təyinatlı Qüvvələrindəyik. İlk döyüşümüz İrpen şəhərinin azad edilmesi uğrunda başladı. Şəhərin bir hissesi azad edildi.

17 martda doğum günümü də bütün günü döyüşdə keçirdim. Həmin döyüş bizim uüçün ən ağır döyüşlərdən oldu. Yenə İrprendə hücum əməliyyatı zamanı rusların ağır texnika ile hücumundan geri çəkilməli olduq. Meşədə komandamız pusquy salındı. Ruslar mən də daxil ayrılmış olan 10-12 nəfərlik heyəti mühasirəyə almağa cəhd etdi. Bir müddət keçdikdən sonra döyüşüb mühasirəni yardıq.
Gecə saatlarina qədər meşədə minamyot yağışının altinda yaralıları və digər komandadan ayrılanları axtardıq. Təəssüf ki, komandamızın 2 üzvünü itirdik. David Ratiani və Gia Beroaşvili.
Yaralilari daşıdıqdan sonra geri mövqelərimizə çəkildik.
Bu günlərdə isə İrpeni tamamilə azad etdik. Ruslar sıxışdırılmış vəziyyətdədir. Ukrayna ordusunda döyüş əzmi yüksəkdir. Qələbə bu ölkənin olacaq.

– Silah təchizatınız necədir? Müasir silahlar varmı?

– Bəli, bütün silahlar ən müasir silahlardır. Ruslarda belə silah yoxdur. Bizdə hamısı NATO silahlarıdır.

Mən XTQ-nin snayperi vəzifəsindəyəm. Döyüş yoldaşlarım Məhəmməd Cahangirov, Təyyar Bəşirzadə, Teymuraz Əliyev və Mustafa Kahraman adlı türk də böyük əzmlə döyüşür.

– Rusiya mediasında ruslara qarşı döyüşənləri muzdlu adlandırırlür. Siz bu döyüş üçün pul alırsınızmı?



– Böhtandır. Rusiya işğalına bütün dünya etiraz edir. Heç bir puldan söhbət getmir. İnsanlar bu döyüşə qatılmaqla müasir dünyada işğala yer olmadığını göstərir. Biz burada hər gün ölümlə üz-üzəyik. Pula görə heç kəs ölüm risqinə girməz.

– Valideynlərinin xəbəri varmı ki, Ukrayna üçün döyüşdəsən?

– Əvcəl dedim ki, sərhəddə könüllü kimi qaçqınlara xidmət edəcəm. Sonradan bildilər, artıq gec idi. Narahat oldular, geri qayıtmağımı istədilər . Ancaq qayıtmadım.

– Müharibənin sonunu necə görürsən? Bu döyüşün qalibi kim olacaq?

– Mən inanıram biz qalib olacağıq. Rusiya tükənir. Gücü ancaq mülki obyektləri vurmağa çatır.
Bizdə isə ən müasir silahlardır. Hər gün onlarla texnikası məhv edilir. Elə bir gün olmur ki, qırıcıları, helikopterləri vurulmasın.



Pərviz Həşimli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.