“Biz Azərbaycanın bu fikrini dəstəkləyirik” - Şarp

1-04-2022, 10:48           
“Biz Azərbaycanın bu fikrini dəstəkləyirik” - Şarp
“Biz Azərbaycanın qlobal fondların yaradılması fikrini dəstəkləyirik. ANAMA-ya daha çox yardım göstərilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

“İnsanlar 30 il əvvəl tərk etdiyi torpaqlarına qayıtmaq istəyir, bunun üçün isə bu torpaqlar minalardan təmizlənməlidir. Böyük Britaniya bu prosesə maliyyə vəsaiti ayırıb. Böyük Britaniya olaraq fəxr edirik ki, bu problemin həllinə töhfə veririk", - deyə o əlavə edib.

O qeyd edib ki, dəfələrlə işğaldan azad olunmuş ərazilərdə olub: “Bu torpaqlarda yenidənqurma işlərini görmüşəm. Yollar, hava limanı, dəmiryolu tikilir. Bu, böyük naliyyətlərdir. Sizi təbrik edirəm. Əlbəttə, bütün bunlar həm də ANAMA-nın fəaliyyəti nəticəsində mümkün olub. Minaların təmizlənməsi insanların təhlükəsizliyi üçün olduqca önəmlidir və inanırıq ki, Azərbaycan qlobal səviyyədə bu sahədə liderlik göstərəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.