Kliçko gözyaşlarını tuta bilmədiyi müharibə epizodunu xatırladı: “Yeddi yaşlı oğlan yetim qaldığını bilmirdi”

3-04-2022, 10:03           
Kliçko gözyaşlarını tuta bilmədiyi müharibə epizodunu xatırladı: “Yeddi yaşlı oğlan yetim qaldığını bilmirdi”
Kiyev meri Vitali Kliçko onun göz yaşlarını saxlaya bilməməsinə səbəb olan müharibə epizodu barədə danışıb.

O, fikirlərini jurnalist Dmitri Qordona müsahibəsi zamanı qeyd edib.

Onun sözlərinə görə, hadisə vağzalda vətəndaşların təxliyəsi zamanı baş verib.

“Ana və atasını xatırlayan yeddi yaşlı oğlan ağlamağa başladı. Yanıma bir qadın yaxınlaşdı və uşağa narahat olmamasını, ata-anasının itdiyini dedi. Qadın dedi ki, o, hələdə valideynlərinin öldüyünü bilmir. Bu hisləri təsvir etmək çətindir. Həmin uşaq hələ yetim qaldığından xəbərsiz idi”, - deyə o bildirib.

Mənbə: Segodnya.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru