Erməni hərbi qulluqçunun anası: “Uşağımın qanı satılmır, torpağı satan ailə ilə masa arxasında oturmayacam”

7-04-2022, 10:49           
Erməni hərbi qulluqçunun anası: “Uşağımın qanı satılmır, torpağı satan ailə ilə masa arxasında oturmayacam”
Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan aprelin 7-də tədbir keçirməyi və 44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Mxitar Qaleyanın anası Astğik Qaleyanı dəvət etməyi planlaşdırır. Ordu.az xəbər verir ki, Astğik Qaleyan öz “Facebook” səhifəsində tədbirə dəvət barədə yazıb.

““Birinci xanım” adlanan şəxsin hələ üzü də var 7 aprel tədbirinə dəvət edir. Mən də o “şərəfə” layiq oldum, lakin bu, baş vermədi, uşağımın qanı satılmır, öz tərəfdarlarınızla toplaşın, oğullarını itirmiş valideynləri o çirkin oyuna qatmağa çalışmayın. Torpağı satan ailə ilə masa arxasında oturmayacam, bunu birdəfəlik başa düşdüm”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru