400 manatlıq saxta `bəy elanı` ilə bağlı şok FAKT: - Gəzdiyi qıza saxta bəy tutan tanınmış iş adamı...
24-08-2022, 20:54
"Bir günlük bəy rolu oynayacq şəxsə qadın 400 manat ödəniş edəcək..." İki gündür sosial şəbəkələr bu elanla bağlı bir-birinə dəyib. Bütün şəbəkələrdə müzakirə olunan bu məlumat cəmiyyəti əməlli-başlı silkələyib.
TEREF.AZ-ın məlumatına görə, hadisənin şahidlərindən "Toy tələsi” filminin rejissoru Faiq Nağıyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə gündəmə gələn məsələ real həyatda baş verib:
- Bildiyiniz kimi, bir günlük bəy olacaq şəxsə qadın 400 manat ödəniş edəcək elanı sosial şəbəkədə yayıldı. Bu məlumat cəmiyyətdə rezonans doğurdu, mənfi fikir bildirənlərin sayı da çox idi. Görünən və reallıq odur ki, hadisəni qınayanlar üstünlük təşkil edir. Mən üzümü həmin adamlara tutub deyirəm, nə yazıq ki, bu hadisə real həyatdan götürülüb.
- Hadisə harada baş verib?
- Azərbaycanın rayonlarının birində...
- Hansı rayonda?
- Onu deyə bilməyəcəyəm.
- Yəni, bir gecə üçün qadının 400 manata tutduğu bəyin kimliyinin açılmasından ehtiyatlanırsınız, yoxsa qadının kimliyini bildirmək istəmirsiniz?
- Hadisə yaşanıb. 2020-ci ildə yazıçı Yeganə Kərimzadə də bunu qələmə alıb. Bütün bunlar mənim ekranlaşdırdığım "Toy tələsi” filmində yer alıb. Hazırda filmin çəkilişləri başlanılıb. İki gündür, sosial şəbəkələrdə müzakirə olunan 400 manatlıq bəy axtaran qadının məsələsi bizim filmin mövzusudur. Oktyabrda efirə çıxacaq filmdə həmin kadrları görəçəyik. Filmin təqdimatı oktyabr ayında baş tutacaq. Bununla bağlı bütün aktyor heyəti də seçilib və filmdə peşəkar aktyorlar yer alıb.
- "Toy tələsi” filimi hazır olmamış onun senarisi sosial şəbəkəyə neçə çıxıb?
- Filmdə 33-34 nəfər aktyor çalışır. Filmdə rol alacaq aktyorların seçim turuna çox aktyorlar dəvət olunmuşdu. Biz orada mövzunu açıqladıq. Görünür, seçim turundan keçə bilməyənlər bizim filmin senarisini qəsdən yazıb sosial şəbəkədə yayırlar. Şəxsən onu kimin yaydığını deyə bilmərəm. Amma bunu mənim filimimi gözdən salmaq üçün etdilər. Paxıllıqdan. Bizim qanımızda var bu, kimsə qabağa çıxanda sevinmək əvəzinə, paxıllıq edirik. Məni istəməyənlər də bundan istifadə edib filmi gözdən salmağa çalışdılar.
- Kimdir düşməniniz?
- Düşmənim çoxdur. Mənim bu filmi çəkdiyimdən çoxları xəbardar idi. Ətrafımda olan adamların çoxu Yeganə xanımın yanına gedib senarini ondan almaq istəyib. Yeganə xanım senarini verməyib. Deyib ki, filmim real həyatdakı şahidi Faiq olub, bu senari onun istəyi ilə yazılıb. Mən senarini ancaq onun icazəsi ilə kiməsə verə bilərəm.
- Sosial şəbəkədə qızın atasının xarici ölkədə olduğu bildirilib. Siz də deyirsiniz ki, hadisələr real həyatda baş verib. Deyilənlər nə dərəcədə düzgündür?
- Qızın atası həbsxanada olub, anasının isə qızının yaşadıqlarından xəbəri olmayıb. Qızın münasibətdə olduğu adam adam isə iş adamı olub. Qızın adını təmizə çıxartmaq üçün məcbur olub qıza toy etdirib. Öz yerində başqa bir saxta bəy otuzdurub və bunun qarşılığında ona pul verib.
- İş adamı bir gecəlik toya görə saxta tutduğu bəyə 400 manat verib?
- Pul verib. Amma bir gecəlik toya görə bəyə veriləcək 400 manatı isə biz simvolik götürmüşük. Biz həmin qızın taleyini sınaq çəkilişinə dəvət olunacaq aktyorlara tam açıqlamamışıq. Qızın sonrakı taleyi gizlin qalıb, onu ancaq mən bilirəm. Nə yaxşı ki, deməmişik, yoxsa düşmənlər bunu da yayacaqdı.
- Bəs, toyun sonu necə nəticələnib, yəni saxta cütlük bir yerdədir?Sirr deyilsə, 400 manatlıq toy harada olub? Bakıda, yoxsa...
- Toy rayonların birində baş verib. Toy olandan sonra həmin 400 manata tutulan saxta bəy gəlini götürüb Bakıya gətirib. Toydan sonra qız iş adamına ev də aldırıb.