Elşad Miri Fazil Mustafanın müdafiəsinə QALXDI
27-09-2022, 00:17
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa “Kişi ağlayar, ancaq kişi iranlı kimi ağlamaz” fikirlərinin Hacı Surxay tərəfindən təhrif olunduğunu deyib.
Deputat açıqlamasında vurğulayıb ki, bu çıxışı qəsdən qayçılayıb "kişi ağlamaz" sözünü dövriyyəyə soxurlar: “Ona görə də deyirik ki, kişi iranlı kimi, Surxay kimi və başqaları kimi ağlamaz, ən ağır şərtlərdə belə təmkinlə göz yaşı axıdar, başqasına nümayiş etdirməyə çalışmaz”.
Ətraflı linkdə: (https://demokrat.az/az/news/124316/bele-heyasizliq-ancaq-iransifetlerde-olar-deputatla-din-xadimi-arasinda-qalmaqal“)
Məsələyə tanınmış ilahiyyatçı Elşad Miri münasibət bildirib. İlahiyyatçı Demokrat.az-a açıqlamasında Fazil Mustafanın həqiqətən də, düzgün mövqedə olduğunu bildirib və onun dediklərini tam alqışladığını vurğulayıb:
“Fazil bəyin dediklərində böyük həqiqət payı var. Çünki Fazil bəy uzunmüddətdir ki, deputat olmasına baxmayaraq, bu cürə qarayaxmalarla, ona qarşı olan ittihamlarla mübarizə aparır. Və insanların bu məsələdə gözünü açmağa çalışır ki, qum saatı ilə işləməsinlər. Azərbaycanın özündə olan bir modelə formalaşsınlar. Ona görə də, Fazil bəyin bu dediklərini tam alqışlayıram. Ona dəstək olduğumu bildirirəm. Təəsüflər olsun ki, bunlar bəzən özlərini elə gizləyib, təqdim edirlər ki, onun insanlar hələ də fərqinə varmır. Çünki onlar təqiyyə adı altında gizlənə bilirlər, üzdə başqa cür, daxildə başqa cür ola bilirlər. Ona görə də, Fazil bəy bütün bunları bildiyinə görə, bu cür də onları təqdim edir. Təbii ki, belə məsələlərdə dövlət düzgün addım atmalı və insanların gözünün açılması üçün müxtəlif versiyalar həyata keçirilməlidir, deyə düşünürəm”.
Aynurə Pənahqızı
Demokrat.az