“Putinin nüvə şantajı blef və siyasi oyundur” – Hərbi ekspert

7-10-2022, 09:16           
“Putinin nüvə şantajı blef və siyasi oyundur” – Hərbi ekspert
Hərbi ekspert Sergey Qrabski əmindir ki, Vladimir Putinin nüvə silahından istifadə təhdidləri blefdən başqa bir şey deyil.

Bu barədə o, «FREEDOM» telemarafonunun efirindən bəyan edib («UNİAN»).

Bundan əvvəl KİV-də informasiya meydana çıxmışdı ki, guya Putin mərkəzi vilayətlərdən Ukrayna sərhədinə xüsusi hərbi texnika ilə RF Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinin eşalonunu göndərib - bu idarə nüvə arsenalı üzərində nəzarəti həyata keçirir və onun istsmarına nəzarət edir. Ekspert bunu şayiə adlandırır.

«Bu, istisnasız olaraq, siyasi oyundur. Bu söhbətləri dayandırmaq üçün ən sadə nümunə - RF olaraq öz mövcüdluğu tarixi boyunca Rusiya bircə dəfə də olsun nüvə silahı sınağı keçirməyib. Ümumiyyətlə, heç vaxt. Nüvə obyektlərinin hərəkəti barədə bütün bu söhbətlər nüvə blefi kimi səslənir» - Qrabski deyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.