Novruz Məmmədov Vyana görüşünün təfərrüatını açıqladı: “Sarkisyan çaşqın idi” (VİDEO)
23-05-2016, 09:15
“Sarkisyan həddindən artıq çaşqın idi. Hazırkı situasiyada nə etmək lazım olduğunu konkret bilmirdi. Onun mövqeyi əvvəlcədən formalaşmış bir mövqe deyildi. Belə olan halda çaşğınlıq onun sifətində daha çox hiss olunurdu”.
Bu sözləri ANS TV-nin “Hesabat” verilişində Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edən prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.
Mir Şahinin suallarını cavablandıran administrasiya nümayəndəsi, aprel ayının əvvəlində baş verən hadisələrin Ermənistan tərəfinin düşünülmüş yaxud da düşünülməmiş addımı olmasına baxmayaraq dünya ictimaətinin bu məsələyə diqqətini cəlb etdiyini diqqətə çatdırıb. Həmçinin Novruz Məmmədov belə bir formatda görüşün ilk dəfə keçirildiyini qeyd edib:
“Avropada, ABŞ-da, hətta Rusiyanın özündə belə bir fikir formalaşdı ki, bu münaqişəyə daha diqqətli olmaq lazımdır. Bunun həllini ortaya qoymağın vaxtı gəlib çatıb. Əsas fikir isə ondan ibarət oldu ki, dünyada yeni bir qaynar nöqtə yaratmaq lazım deyil. Ermənistan tərəfi belə bir situasiyada düşünürdü ki, özünü o formda ortaya qoysun ki, onun mövqeyi tərəflər üçün, nümayəndə heyətlərinin rəhbərləri üçün qəbul edilən, inandırıcı olsun”,- deyə adminstrasiya nümayəndəsi Vyana görüşünü şərh edərkən deyib.
Daha sonra Norvruz Məmmədov danışıqlardan sonra Ermənistan prezidentinin veridiyi açıqlmalardan və bütün bu açıqlamalara cavab olaraq Azərbaycanın təvazökarcasına susqun mövqe tutmasına da toxunub. O, Ermənistan tərəfinin bu cür çıxışları adətən özlərinə haqq qazandırmaq, əsasən də daxili ictimiayyətə öz mövqelərini yürütmək və özlərinə bəraət qazandırmaq üçün etdiyini qeyd edib: “Soçi, Paris, Kazan görüşündən sonra olduğu kimi onlar bu dəfə də açıqlama vermək üçün bir daxili təlabat hiss etdilər. Biz bu cür bəyanatlarla münaqişənin həllinə gəlib çatmağı mümkünsüz hiss edirik. Bu bəyanatlar başqa məqsədlərə xidmət edir”.
Azərbaycan tərəfinin bu proseslərdə ədalətli mövqe ortaya qoyulmasını tələb etdiyi söyləyən Novruz Məmmədov real proseslərə qiymət verilməsinin əsas tələblərdən biri olduğunu vurğulayıb.
“Azərbaycan torpaqları 25 ilə yaxındır ki, işğal altında qalıb. Bununla bağlı mövqeyini ATƏT bildirmirsə bu başqa məsələ, heç olmasa bu baş verən proseslərə münasibət bildirməlidir”,- deyə Novruz Məmmədov beynəlxalq ictimaiyyətin susqun mövqe tutmasını tənqid edib.
***
Bu gün hamı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi tez-gec həll olunmalıdır, özü də danışıqlar və sülh yolu ilə.
Trend-in məlumatına görə, bunu ANS-ə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov deyib ki, aprel ayının əvvəlində baş verən hadisələr Ermənistan tərəfinin düşünülmüş və ya düşünülməmiş addımı olsa da, dünya içtimayətinin, həmsədr dövlətlərinin, müxtəlif beynəlxalq və regional təşkilatlarının diqqətini bir daha bu münaqişəyə cəlb etdi və nünümayiş etdirdi ki, bu münaqişə dondurulmuş münaqişə deyil: "Eyni zamanda Avropada, Amerika Birləşmiş Ştatlarında, lap belə Rusiyanın özündə də helə bir fikir formalaşdı ki, bu münaqişəyə daha diqqətli olmaq lazımdır, bunun həllini ortaya qoymaq üçün artıq vaxt gəlib çatıb".
Vyanada mayın 16-da keçirilən görüşə fikir bildirərkən, Novruz Məmmədov deyib ki, Azərbaycanın istədiyi yalnız münaqişənin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasıdır: "Bunun üçün də, biz doğurdan da danışıqlara və sülh yolluna üstünlük veririk".
N.Məmmədov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Vyana görüşündən sonra səlahiyyətlərinin artırılmasını şərh edərkən həmçinin qeyd etdi ki, Azərbaycan bunula bağlı rəsmi mövqe bildirib: "Burada əsas ideya atəşkəs rejiminin mövkəmləndirilməsi idi. Yəni aprelin əvvələrindəki kimi və ondan sonra da Ermənistan tərəfi daim təxribatlar ilə məşğuldur. Bunların olmaması üçün bir neçə təklif irəli sürüldü, onlardan biri də ATƏT-in nümayəndəsinin monitorinq aparması üçün mandatının genişlənməsi idi. Prinsip etibarı ilə biz dedik ki, bu təklifləri həmsədr ölkələrinin təklifləri kimi qəbul edirik, yəni buna etiraz etmirik."
N.Məmmədovun əlavə edib ki, ATƏT-in nümayəndəsinin monitorinq imkanları bu vaxta qədər də olub: "Bizim istədiyimiz burda yalnız budur ki, monitorinq olursa olsun, etiraz etmirik, müəyyən mənada genişləndirmə imkanları varsa da, genişləndirilsin. Amma bu ədalətli olsun, bununla bağlı, baş verən hadisələrlə bağlı nümayəndə heyəti düzgün fikir bildirsin, bəyanat versin, açıq-aydın desin". O deyib ki, baş verən hadisələrlə bağlı dəqiq, qərəzsiz, reallığı əks etdirən mövqenin ortaya qoyulması böyük bir problemdir.
"Ermənistan tərəfi fosforlu bomba işlədir, bununla bağlı nə həmsədrlər, nə ATƏT-in nümayəndəliyi bir mövqe bildirmir, bəyəm bu normal haldır", deyə Məmmədov vurğulayıb.
Prezident Administrasiyası rəhbərinin müavini həmçinin Ermənistanın sabiq baş naziri, ölkə parlamentinin deputatı Qrant Baqratyanın mətbuat konfransında Ermənistanın atom silahının olması barədə bəyanatına belə fikir bildirib: "Buna bir mövqe bildirmək lazımdır axı. Əgər bu varsa, bu tək Azərbaycan üçün yox, region üçün geniş bir təhlükədir. Buna görə də, bizim istəyimiz budur ki, orda olan missiya ədalətli mövqe tutsun, real proseslərə qiymət versin."
Xatırladaq ki, mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.