Erməni politoloq: “Rusiya Qarabağın gələcək statusu məsələsini gündəmdən çıxarıb”

27-11-2022, 07:42           
Erməni politoloq:
“Putinlə Paşinyan arasında hansı şəxsi münasibət olduğunu deyə bilmərəm. Sadəcə olaraq, Ermənistanın baş naziri ilə KTMT-nin iclasında yanaşı oturanda Putinin mövqeyinə, baxışlarına və bədən quruluşuna baxmaq kifayət edir ki, orada hər şeyi görmək mümkün olsun. KTMT-də olmağımıza gəlincə, bəli, biz orada artıq yad ölkəyə çevrilmişik. Bundan təəccüblənməyə dəyməz”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri -ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

O qeyd edib ki, Ermənistanın siyasəti qərbpərəst, demokratik prinsiplərlə istiqamətləndirilsə də, nəticə əldə edilmədi. “Biz düşündük ki, demokratik dünya bizi xilas edəcək. Belə deyək ki, keçmiş müttəfiqlərimizdən ayrıldıq. Amma yeni müttəfiqlər əldə etmədik. Nəticədə, iki masadan birinin üzərinə deyil, düz ortaya, boşluğa düşdük”.

Xaçikyan bildirib ki, Ermənistanın KTMT-dən çıxmasının nəticələrini öncədən düşünmək lazımdır. “Təbii ki, KTMT bizim istədiyimiz kimi davranmadı. Öhdəliklərini yerinə yetirmədi. Amma biz oradan çıxsaq, nə qazanacağımızı hesablamalıyıq. Onlar Azərbaycanı özlərinə dost ölkə adlandırırlar. Azərbaycan əslində o təşkilatın bir hissəsidir və bizə qərbyönlü, anti-Rusiya, anti-Belarus, anti-diktator dövlət kimi baxırlar. O ki qaldı ordan çıxmaqla nə qazanacağımıza, burada onsuz da siyasi risklər var. Ora getsək Rusiya ilə münasibətlərimiz dəyişəcək. Yaxşı olardı ki, bu 4 il ərzində Rusiyadan imtina edib, Qərbə getməyi bu qədər istədiyimiz kimi, hansısa Qərb alternativi də yaradaydıq. Ancaq bu baş vermədi. Təəssüf ki, nə Fransadan, nə digər Avropa ölkələrindən, nə də ABŞ-dan bizim təhlükəsizliyimizi təmin edə biləcəkləri barədə heç bir zəmanətimiz yoxdur”.

Erməni siyasi şərhçi vurğulayır ki, Qərbin, Avropa ölkələrinin nümayəndələrinin, ABŞ-ın Azərbaycanda maraqları var. “Onların Ermənistanda maraqları yoxdur. Ola bilsin ki, bizə xoş sözlər desinlər. Bəli, “demokratik dövlətsiz” deyə bilərlər. Amma təəssüf ki, Avropa təmsilçisi Bakının etibarlı tərəfdaş olduğunu, Ursula xanımın orda olduğunu bildirdi. Ermənistan yolunun üzərində olduğu halda, özünə zəhmət verib İrəvana belə dönmədi. Məlum oldu ki, Ermənistanı AB maraqlandırmır. Onlar üçün Bakının neft-qazı ilə maraqlıdır. Bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, onların Azərbaycanda geniş maraqları var. Hətta senator Menendesin etirazlarına əhəmiyyət belə vermədilər”.

Xaçikyan bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün iki əsas format var. “Onlardan biri Rusiya variantıdır. Oorada Qarabağın hansısa gələcək statusundan söhbət gedirdi. Lakin ruslar bu məsələni gündəmdən çıxarıblar. Qərb isə bu barədə ümumiyyətlə, danışmır”.

Erməni politoloq onu da deyib ki, tərəflərin bu sazişlərdən hansını seçəcəkləri məlum deyil. “Hər iki variant bizim üçün pisdir. Rusların təklifində Qarabağın gələcəyi ulə bağlı müəyyən deyimlər var idi. Lakin ruslar həmin fikirləri bir kənara qoyublar”.

O vurğulayıb ki, Rusiya indi bütün Qərblə müharibə aparır. “Onun müttəfiqləri əslində Türkiyə və Azərbaycandır. Ancaq biz bu yaxınlaşmanı görə bilmədik. Həmişə olduğu kimi, biz düzgün istiqamət götürə bilmədik. Görə bilmədik ki, bizim regionda maraqlar, qüvvələr bölgüsü necə dəyişir. Biz bu imkanı əldən verdik. Rusiya-Türkiyə yaxınlaşması 10 ildən artıqdır davam edir. Nəticə çıxarmadıq ki, bizi əhatə edən proseslər hara aparır. Əksinə, daha pisini etdik. Rusiya ilə toqquşduq, artıq Türkiyə ilə qarşıdurmadayıq. Ümidlərimizi Qərbə bağlamışdıq. Onun da bir nəticəsi yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.