"Bülent Ersoy 1200 manat göndərdi ki..." - Stilistən şok açıqlama
30-06-2023, 00:08
"Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsinə bir ay qalmış demişdim ki, təmsilçilərimiz finala keçə bilməyəcək. Nəticə də elə oldu. Düşünürəm ki, Avropa üçün gələn il maraqlı personaj müğənni Nərmin Kərimbəyova ola bilər. Çox gözəl mahnıyla ölkəmizi təmsil edə bilər".
Bu sözləri Teleqraf.com-a açıqlamasına məşhur stilist Anar Ağakişiyev deyib.
Stilist işlədiyi türk məşhulardan əldə etdiyi gəlirdən də danışıb: "Hər həftə Türkiyəyə gedirəm. Həftədə üç dəfə orada toy mərasimim olur. Üç ildir ki, Demet Akalın və Bülent Ersoyu bəzəməyə gedirəm. Sübut edə bilərəm ki, pulsuz heç kimə heç nə etmirəm. Mənə çox təkliflər var. Aşağı qiymətə getmirəm. Bülent Ersoy biletsiz 1200 manat göndərib. Biletimi də alıb verirlər. Mən 1500-3000 manata gedirəm"
Anar Ağakişiyev "Xarici ölkədə eviniz varmı" sualına isə "Kim deyir ki, mənim Avropada evim yoxdur. İnşallah Amerikadan da ev alacam. Amma hələ ki, ora uzaqdır",- deyə cavab verib.
Qeyd edək ki, "Avroviziya-2023" mahnı müsabiqəsində "Tell me more" mahnısıyla Tural və Turan Bağmanov qardaşları birinci yarımfinalda səhnəyə çıxıblar. Onlar müsabiqənin final mərhələsinə çıxa bilməyiblər.