“Nikosayağı”nın atası DANIŞDI: “Hadisədən sonradan xəbər tutduq”

15-08-2023, 10:28           
“Nikosayağı”nın atası DANIŞDI:
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası məlumat verib.

Teref.az “oxu.az”a istinadən xəbər verir ki, bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov oğlunun hazırda reanimasiyada olduğunu bildirib:

“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başladılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru