Qəza keçirən Nicat Şakirlinin dostu: "Ətirlərinə qədər oğurlayıblar" - VİDEO

16-08-2023, 12:27           
Qəza keçirən Nicat Şakirlinin dostu: "Ətirlərinə qədər oğurlayıblar" - VİDEO
“Nicatın mobil telefonunu və pul qabısını oğurlayıblar. Bu mənim üçün ən axırıncı bir şeydir. Sadəcə yayımlanacaq deyə ağır sözlər demək istəmirəm. Lakin bu ən axırınıcı sözə layiq hərəkətdir. Bunu etmək ayıbdır. Ən azından bu sənin də dostunun, tanışının başına gələ biləcək bir hadisədir”.

Bu sözləri İTV-yə açıqlamasında ötən gün gecə ağır yol qəzası keçirən bloger Nicat Şakirlinin dostu, aparıcı və bloger Ramal İsayev deyib.

O, Nicatın hadisə zamanı avtomobilindəki ətirlərinin də oğurlandığını bildirib:

“Hadisə zamanı fürsətdən istifadə edib ətirlərinə qədər oğurlayıblar. Bu nə iyrənclikdir! Biabırçılıqdır! Biz bu açıqlamanı verdikdən sonra nazirlikdən də bildirildi ki, hadisə araşdırılacaq. İnanırıq ki, bunu edən insanlar mütləq tapılacaq”.

BAKU.WS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru