Televiziyaları milli-mənəvi dəyərlərimizə zidd şou verilişləri bəzəyir

13-11-2023, 18:08           
Televiziyaları milli-mənəvi dəyərlərimizə zidd şou verilişləri bəzəyir
“Məscidlərin maliyələşdirilməsi və din xadimlərinin maaşı məsələsinə gəldikdə isə son illər dövlətimiz din sahəsinə qayğısını daha da artırıb. Bu gün hər ay din xadimlərinə maddi dəstək göstərilir. Bu heç şübhəsiz ki, dövlətimizin din sahəsinə, din xadimlərinə qayğısının göstəricisidir. Ancaq burada bir mühüm məsələ var. Həmin şəxs aldığı təxminən 700 manatla həm özü dolanmalı, həm də məscidin kommunal, təmizlik və digər xərclərini ödəməlidir. Bu da öz növbəsində məscidlərin fəaliyyətinin düzgün qurulmasına təsirsiz ötüşmür”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

“Digər tərəfdən bu gün əksər Azərbaycan televiziyalarının efirini milli-mənəvi dəyərlərimizə zidd şou verilişləri bəzəyir. Televiziyalar bunu maliyyə gəlirləri ilə əlaqələndirirlər. Ancaq düşünürəm biz daha çox maarifləndirici, qələbəmizin möhkəmləndirilməsinə, milli – mənəvi dəyərlərimizin təbliğinə yönəlmiş verilişlərə üstünlük verməliyik. Bu cür verilişlərin maliyyələşdirilməsi mexanizmləri barədə düşünməliyik”,-deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.