Elmir Əlizadə: “Füzulidən çıxanda körpə uşaq idim, indi isə ailəmlə qayıdıram”

24-11-2023, 08:47           
Elmir Əlizadə: “Füzulidən çıxanda körpə uşaq idim, indi isə ailəmlə qayıdıram”
“Füzulidən çıxanda körpə uşaq idim, bu gün isə ailəmlə qayıdıram doğma yurda”.

Bunu Oxu.Az-a açıqlamasında Füzuli sakini, keçmiş məcbur köçkün Elmir Əlizadə deyib.

O qeyd edib ki, bu günü illərdir səbirsizliklə gözləyiblər:

“Bu gün hamımız çox sevincliyik, illərdir yolunu gözlədiyimiz doğma Füzulimizə qayıdırıq. Hər bir keçmiş məcburi köçkünə öz doğma yurduna qayıtmağı, bu günləri yaşamağı arzu edirəm. Bu gün beş nəfərlə qayıdırıq Füzuliyə.

Bizə belə gözəl hissləri yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün daha 25 ailə (72 nəfər) Füzuli şəhərinə köçürülür. Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru