"Lap tutaq ki, "həci" qadın psixoloqa klinika açdı, sonra...?" - QALMAQALLI MÜSAHİBƏ
25-11-2023, 11:57
Psixoloqlar açıqlamaları ilə tez-tez gündəmə gəlirlər. Əsasən də kişi psixoloqlar son dövrlər qadın psixoloqları tənqid edir, bəzən də aşağılayırlar. Bildirirlər ki, müğənnilər kimi psixoloqları da "həcilər" maliyyələşdirir, onlara psixoloji mərkəzlər açırlar.
Bu müzakirələrin fonunda isə insanlar inamlarını itiriblər, bilmirlər kimə müraciət etsələr, daha düzgün olar.
Psixoloqa müraciət edərkən nələrə diqqət edilməlidir? Peşəkar psixoloq hansı meyarlara cavab verməlidir?
Tanınmış psixoloq Ülviyyə Murtuzova "TV Müsavat"a danışıb, bu və digər suallara cavab verib.