Xankəndi Pedaqoji İnstitutunun kafedra müdiri: “Ermənistanda təhsil üçün şərait yaradılmırdı” - FOTO/VİDEO

29-11-2023, 10:23           
Xankəndi Pedaqoji İnstitutunun kafedra müdiri: “Ermənistanda təhsil üçün şərait yaradılmırdı” - FOTO/VİDEO
“Xankəndi Pedaqoji İnstitutunda kafedra müdiri olduğum dövrdə həm Azərbaycanlı, həm də erməni tələbələrə eyni yanaşılıb. Hətta erməniəsilli tələbələr elmi dərəcə almaq üçün Bakıya göndərilib, çünki Ermənistanda onların təhsili üçün şərait yaradılmırdı”.

Bunu Azərbaycan Televiziyasına (AzTV) müsahibə zamanı Xankəndi Pedaqoji İnstitutunun keçmiş müəllimi Həmdulla Aslanov deyib.

10 il ali təhsil ocağında dərs deyən müəllim bildirib ki, Xankəndidə üniversitetin açılması bizim üçün çox böyük mədəni hadisədir:
“Qarabağ Universiteti yenidən Qarabağımızın inkişafına böyük töhfə verəcək, uzun illərdən sonra mühazirələrdə tarixi zəfər tədris ediləcək”.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru