3 minlik “iPhone”dan danışan məşhur psixoloqdan qadın xəyanəti ilə bağlı ŞOK AÇIQLAMA

1-12-2023, 18:05           
3 minlik “iPhone”dan danışan məşhur psixoloqdan qadın xəyanəti ilə bağlı ŞOK AÇIQLAMA
“Xəyanətə baxmaq üçün birinci ona zidd olan sevgi və sədaqətə baxmalıyıq”.

Bu sözləri psixoloq Əfsanə Rüstəmova Cebhe.info-ya açıqlamasında deyib.

O bildirib ki, hər şey öz ziddinin müqabilində mövcud olur:

“Məsələnin xəyanət olduğu qənaətinə necə gəlirik? Sədaqətin əksi bizdə xəyanət fikrini doğurmağa başlayır. Ümumiyyətlə, sevgidə sədaqətin olması fikri bizdə necə yaranıb?

Qədimlərdən etibarən insanların bir-birilə münasibət qurması ilə bağlı xronoloji ardıcıllığı izləməliyik. Əslində biz əcdadlarımız həyat yoldaşlarına qarşı xoş münasibət göstərməsinin normal olduğunu bilmişik. Ona görə də fərqli olan şey bizə xəyanət və ya bunabənzər təəssürat bağışlayır”.

Psixoloq hesab edir ki, insanlarda artıq münasibət, ondan gözlənti, sədaqət və kimə qarşı sadiq olmaq anlayışı dəyişib:

“Məsələn, xəyanət edən xanımlar danışanda böyük ehtimalla ailəsinə və uşaqlarına sədaqətli olduğunu deyəcəklər. Amma sədaqətsizliklərinin ərlərinə qarşı olduqlarını söyləyəcəklər. Deməli, insanların anlayışı bir az restavrasiyaya uğrayıb. Yəni onlar sədaqətin ailəyə aid hissəsindən əri çıxara bilirlər”.

Həmsöhbətimiz bəzi qadınların həyat yoldaşlarını ailənin bir hissəsi kimi görməməsinin səbəblərindən də söz açıb:

“Onlar artıq ailədə əri dəyişəbilən olaraq görürlər. Deməli, kişilərin sədaqətsizliyi qadınların da bu ehtimalın qapısını açmasına gətirib çıxarır. Kişilər bezəndə, yorulanda, problemlə üzləşəndə və s. məqamlarda fikirlərini dağıtmaq üçün başqa yerə getmə fikrini öyrədirlər.

Qadınlar da artıq bunu öyrənib tətbiq edəcək zamana gəlib çatıblar. Yəni artıq qadınlar da xəyanəti özləri üçün seçim olaraq görə bilirlər. Xəyanət bir seçimdir və qadınlar seçə bilmə ehtimalının artdığını görüblər”.

Xatırladaq ki, Əfsanə Rüstəmova son zamanlar “3 min manatlıq “iPone”u emosional ehtiyac” adlandırmasıyla gündəmə gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.