Şəbnəm Tovuzlu: "Onun ikinci arvadı olduğumu ailəsi də bilir"
5-02-2024, 12:44
Müğənni Şəbnəm Tovuzlu (Əsədova) lent.az-a müsahibə verib.
– Son günlərdə adınız mətbuatın gündəmindən düşmür…
– Mən belə gündəmi istəmirəm. Bu cür söz-söhbətlər şou-biznesdə oxumağı bacarmayanlara lazımdır. Mənim isə bu qalmaqala ehtiyacım yoxdur. Gözəl sənətim və səsim var. Bu, mənə bəs edər.
– Bu qədər müzakirə olunmağınızın əsl səbəbi nədir?
– Mən bu işdə jurnalistləri də günahkar bilmirəm. Şəxsi həyatımın bu qədər müzakirə olunması, əsassız məlumatların dərc olunması bir sifariş idi.
– Bu sifariş şou aləmində olan bir insan tərəfindən idi?
– Bütün bunlar kənardan sifariş olunmuşdu.
– Bəs həmin insanla necə mübarizə apardınız?
– Susdum, fikir vermədim və mediada barəmdə yazılan neqativ yazıları da açıb oxumadım. Həm də yoldaşım mənə məsləhət gördü ki, söz-söhbətlərə fikir verməyim. Onun fikri mənim üçün çox əsasdır.
– Sevdiyiniz şəxsdən övlad dünyaya gətirməyə hazırlaşırsınız…
– Bəli, ikinci dəfə övladım olacaq, bu da məni çox sevindirir. Elə övladıma görə bir çox şeylərə əhəmiyyət vermirəm. Qızımın 13 yaşı var. On üç ildən sonra oğul övladım dünyaya gələcək. Artıq adını da düşünmüşük. Oğluma atamın adını – Ələddin – qoyacağıq.
– Bəlkə, həyat yoldaşınız barədə ətraflı məlumat verəsiniz. Çünki onun da barəsində çox müzakirələr getdi…yanaşacam.
– Həyat yoldaşınız geyimlərinizə qarışırmı?
– Mənim açıq-saçıq geyimlərimi görmüsünüz? Üç-dörd ilə yaxındır ki, bu adamla evliyəm, ona necə xoşdursa, elə də geyinirəm. Hər zaman onun mənə bir kəlmə sözü olur. Hacıyam, hacılığıma hörmət elə.
– Şəbnəm Tovuzlu adının son dövrlər tanınmasının əsl səbəbi nədir?
– Son dövrlər gözəl mahnılar oxudum, yəni mən qalmaqallarla yaddaşlarda qalmamışam. Efirdə mədəniyyətimlə seçilmişəm. Bütün bunlar müğənninin sevilməsi üçün əsas şərtdir.
– Əvvəlki illərə nəzərə alsaq, indiki dövrdə dəvət aldığınız toylarınızın sayı çoxalıb….
– Bəli, amma indi çox toydan imtina edirəm. Çünki indi mənə dayaq olan həyat yoldaşım var.
Artıq əvvəlki kimi ucqar rayonlarda olan toylara getmirəm. Əvvəllər ehtiyacım olduğuna görə rayon toylarına gedirdim. İndi yalnız Bakıda olan toylarda yarım saatlıq iştirak edirəm.
– Müğənnilikdən başqa, biznes qurmaq fikriniz varmı?
Bəli, artıq bu barədə xeyli vaxt idi ki, düşünürdüm. Yaxın müddətdə gözəllik salonu açacam. Bu da mənim müğənnilikdən sonra ikinci biznesim olacaq. Həmin məkanın möhtəşəm açılış mərasimini də edəcəm.