Xalq artisti Nəzakət Teymurova: “Efirdə bədənlərini göstərənlər gənclərin musiqi zövqünü korlayır”
11-04-2024, 10:38
“Efirdə bədənlərini göstərənlər gənclərin musiqi zövqünü korlayır”.
Axşam.az xəbər verir ki, bu fikri Xalq artisti Nəzakət Teymurova verilişlərin birinə qonaq olarkən deyib.
Sənətçi bayağı musiqilərlə gənc nəslin musiqi zövqünün korlandığını bildirib: “Biz əfsuslar olsun ki, bayağılığı təbliğ edirik. Gözümüzü açandan Şövkət Ələkbərova, Arif Babayev, Hacıbaba Hüseynov kimi bir çox korifey sənətkarlarımızdan bəhrələnmişik. Bacımın nəvəsi bir bayağı ifaçının adını çəkib və deyir ki, ona bənzəmək istəyirəm. O qədər onları təbliğ edirlər ki. Özümüzdən süni şəkildə çox uzaqlaşmışıq. Hər gün efirdə simaları ilə bədənini göstərmək, mənə elə gəlir ki, bizi bir az geri atır. Gənc nəslin musiqi zövqü korlanır”.