Bir ailədən bir namizəd ola bilər: ya mən, ya da Tənzilə xanım - Sabir Rüstəmxanlı

12-06-2024, 11:31           
Bir ailədən bir namizəd ola bilər: ya mən, ya da Tənzilə xanım - Sabir Rüstəmxanlı
Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı 70 yaşını geridə qoysa da, bu il keçiriləcək parlament seçkilərində iştirak etmək haqda düşünür.
TEREF xəbər verir ki, bu barədə onun özü Modern.az-a müsahibəsində deyib.
S.Rüstəmxanlı həyat yoldaşı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının da namizəd ola biləcəyini istisna etməyib. Xalq şairi bildirib ki, bu məsələ ilə bağlı ailədə ortaq qərar qəbul ediləcək:
“Tənzilə xanım da partiyanın üzvüdür. O, partiyamızda həm Türk dünyası ilə əlaqələr üzrə məsuldur, həm də Qərbi Azərbaycan İcmasının fəallarından biridir. Həm bu icmanın, həm də partiyanın, eləcə də özünün istəyi nəzərə alınacaq. Bir ailədən bir nəfər namizəd ola bilər. Mən namizəd olsam Tənzilə xanım, o namizəd olsa, mən seçkilərdə iştirak etməyəcəm. Onunla aramızda olan söhbəti burada açmaq istəmirəm. Təbii ki, aramızda danışacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.