Vurğun Əyyub Məmməd İsmayılın istefası barədə bunları dedi

2-06-2015, 17:03           
Vurğun Əyyub Məmməd İsmayılın istefası barədə bunları dedi
Müsavat Partiyasının keçmiş üzvü Vurğun Əyyub Hafta.az-a müsahibəsində Azərbaycanın tanınmış şairi Məmməd İsmayılın Müsavat Partiyasından istefasına və digər məsələlərə münasibət bildirib.

Müsahibəni təqdim edirik:

- Şair Məmməd İsmayılın Müsavat Partiyasından istefasına münasibətiniz necədir?

- Müsavat Partiyasında baş verənlər məni maraqlandırmır. Bunu partiyada rəhbərlik iddiasında olanlar düşünsünlər. Partiyanı güclü bir təşkilatdan bir qrupun maraqlarını istifadə edən quruma çevirməkdədirlər.

- İllərdir partiyanın başqan müavini olmusunuz. Hazırkı durumlar sizi heç narahat etmir?

- Xeyr, hazırkı durumlar artıq məni narahat etmir. Mən Müsavat Partiyasının üzvü deyiləm. Məni üzvlükdən çıxarıblar. İllərini Müsavat Partiyasının təşkilatlanmasında sərf edən bir vətəndaş kimi təbii ki, baş verənlər məni düşündürür. Ancaq onların nə işinə qarışmaq niyyətim, nə də imkanım yoxdur.

- Partiya başqanı dəyişərsə, yenidən orada təmsil olunacaqsınız?

- Bunu artıq zaman göstərəcək. Gələcəkdə baş verən siyasi hadisələrə uyğun olaraq, öz mövqeyimizi açıqlayacağıq.

- ADR-in inkişafında hansı yeniliklər var?

- ADR bu ili təşkilatlanma ili kimi qarşısına məqsəd qoyub. Bu istiqamət üzrə də fəaliyyətimiz davam edir. Yeni rayon təşkilat komitələri yaradırıq. Konfrans və ya ümumi yığıncaq keçirib, öz rəhbər strukturlarımızın formalaşması üzrə işlər görürük. Ölkədə olan ictimai-siyasi məsələlərə mövqe bildiririk.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.