Eduard Məmmədov Bakıda keçiriləcək Avropa çempionatından DANIŞDI

14-03-2025, 11:28           
Eduard Məmmədov Bakıda keçiriləcək Avropa çempionatından DANIŞDI
"2027-ci ildə Azərbaycanda WAKO versiyası üzrə Avropa çempionatı keçiriləcək. Doğma Vətəndə yarışların təşkil olunması kikboksinqin inkişafı deməkdir".

Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Eduard Məmmədov bildirib. O, vitse-prezident vəzifəsini layiqincə yerinə yetirməyə çalışacağını qeyd edib:

"Gənc idmançılara düzgün istiqamət verəcəyəm ki, böyük turnirlərdə uğurlar əldə edə bilsinlər. Hər zaman onlara dəstək olacağam".

E.Məmmədov 2027-ci ildə Azərbaycanda keçiriləcək WAKO versiyası üzrə Avropa çempionatında 50-dən çox ölkənin iştirakının planlaşdırıldığını söyləyib:

"Bildiyiniz kimi, bu turnir iki ildən bir keçirilir. Çox vaxt avqust və sentyabr aylarında təşkil olunur. Çalışacağıq ki, gənclərimiz bu turnirdə yaxşı nəticələrə nail olsunlar. Əsas odur ki, üçrəngli bayrağımızı ucaldıb, himnimizi səsləndirsinlər. Uşaqlar artıq böyük yarışlar gördükdən sonra həvəslənirlər. Düşünürəm ki, Avropa çempionatı ilə Azərbaycanda kikboksinqə maraq daha da artacaq".

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru