"Sahibsiz itlər təhlükə mənbəyidir" - İtin azyaşlının dişlədiyi qəsəbədə...

Dünən, 10:34           
"Sahibsiz itlər təhlükə mənbəyidir" - İtin azyaşlının dişlədiyi qəsəbədə...
"Ağdamda sahibsiz itlər təhlükə mənbəyinə çevrilib".

Bu sözləri TNS-in yerli müxbirinə bu gün 4 yaşlı sakini it hücumuna məruz qalan Ayaq Qərvənd qəsəbə ərazi nümayəndəsi Mütəllim Allahverdiyev bildirib.

M.Allahverdiyevin sözlərinə görə, bu günə kimi bir çox idarə və müəssisələrə məlumat versə də, heç bir nəticə yoxdur:

"Sahibsiz itlərlə bağlı sanki bir qrum yoxdur ki, tədbir görüb onları zərərsizləşdirə. İtllərin kütləvi vurulması da bütün qurumlara mümkünsüz görünür. Bu gün baş vermiş it tutma ilə əlaqədar baytar əməkdaşı gətirdik. Həmin iti müayinə elədi. Bütün əlamətləri tamamilə quduzlaşmış bir itə aid olduğu bilindi. İndi kimin həyətində iti, pişiyi varsa, virus daşıyıcısı olan it bütün heyvanları da yoluxdurub. İndi baytar 10 gün nəzarətdə saxlayacaq ki, o itin fəsadları başqa heyvanlara keçməsin. Bax bu cür əzab-əziyyətdəyik".

M. Allahverdiyev qeyd edib ki, bu hadisəyə qədər qəsəbə sakinlərindən istər məktəb həyətində, istərsə də küçədə sahibsiz it hücumuna məruz qalanlar olub:

"Yəni bu cür sahibsiz virus daşıyıcısı olan itlərin sahib çıxan olmadığı üçün ziyanı daha çoxdur. İndi bu məsələnin daha çox içtimailəşməsini istəyirəm ki, bu ziyanverici heyvanlara ya sahib çıxılsın ya da tələf olub azalmasına kömək edələr".

Xatırladaq ki, bu gün Ağdamda azyaşlı it hücumuna məruz qalıb. Qəsəbə sakini 2021 təvəllüdlü H. S. küçədə oynadığı zaman it ona hücum edib. S. Hüseynov üz nahiyəsindən yara alıb. Azyaşlı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.