General Vasyak: "Ermənistan hərbçilərinə xüsusi tapşırıq verilib"

27-02-2017, 22:13           
General Vasyak: "Ermənistan hərbçilərinə xüsusi tapşırıq verilib"
"İrəvanın və Xankəndinin hərəkətlərinə siyasi qiymət verməyə ehtiyac yoxdur. Çünki onlar öz hakimiyyətini istənilən yolla qoruyub saxlamaq üçün "ağıllı strategiyaları" barədə bu gün hətta evdar qadınlar və məktəblilər də bilir. Məni isə hərbçi insan kimi, bu il fevralın 25-nə keçən gecə cəbhədə baş vermiş toqquşmaların soyuqqanlı təhlili daha çox narahat edir. Çox az adam bilir. Amma Ermənistan rəhbərliyi tərəfindən hərbi dairələr qarşısında cəbhədə heç olmasa hər hansı bir lokal uğur qazanmaq barədə tapşırıq qoyulub. Ermənistandan xüsusi təyinatlı bölmələrin döyüş əməliyyatları zonasına atılması və qoşunların təmas xəttində saysız-hesabsız və ardı-arası kəsilmədən diversiya hərəkətlərinə cəhdlər buna sübutdur".

Bunu milli.az-a açıqlamasında ehtiyatda olan general-mayor Aleksandr Vasyak deyib.

Onun sözlərinə görə, hətta təcrübəsiz oxucu da diversiya hərəkətlərinin əks olunduğu və bizim KİV-lərdə ictimai nümayiş edilmiş videokadrlarla dəfələrlə şəxsən tanış ola bilib: "Belə hallarda ermənilərin cinayətkar niyyətlərini pozmaq üçün Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən adi əks tədbirlər görülür: növbətçi qüvvələr və vasitələr təyin olunur, müşahidə hər tərəfdə gücləndirilir, tələlər, pusqular qurulur düşmənin fəal tapşırıqları yerinə yetirə bilməməsi üçün digər tədbirlər görülür. İstənilən hərbi mütəxəssis-peşəkar bu barədə bilir.

Ona görə də Ermənistanın rəsmi nümayəndələrinin və Vitalik Balasanyan kimi başabəla strateqlərinin Azərbaycanın hücum əməliyyatlarının qarşısının alınması kimi bəyanatları heç bir tənqidə sığmır. Özünüz mühakimə edin. Məgər kiçik bir qrupla (üç (!)hərbi qulluqçu ilə) hücuma keçmək olar? Məgər Azərbaycan ordusu bu gün hücum qruplaşmaları yaratmağı və onların hücuma keçməsini savadlı şəkildə planlaşdırmağı bacarmır? Məgər tabeçiliyində olanları xilas etmək üçün irəli atılan və düşmən tərəfindən hücuma və gülləborana məruz qalan Azərbaycan zabitlərinin qəhrəmancasına hərəkəti hörmətə layiq deyil? İndi düşmən artıq neçənci dəfədir ki, yenə də öz hirsini onların üstünə tökərək ordumuzun döyüş meydanında qalmış hərbçilərinin cəsədlərini çıxarmağa imkan vermir.

Qədim zamanlardan bəri qarşıduran tərəflərin döyüşünün nə qədər qanlı olmasına baxmayaraq, Günəşin batmasından sonra döyüş meydanında qalmış ölən və yaralıların yığılması qəbul edilmişdi. Məgər qədimliyini iddia edən ermənilər bu ənənə barədə bilmirlər?"

General qeyd edib ki, bizi qaniçənlikdə, vəhşilikdə, insana nifrətdə ittiham edən ermənilər özləri döyüş meydanında həlak olanlara hörmətlə bir araya sığmayan ən alçaq əməllərə kimi yuvarlanıblar: "Hətta ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müraciəti də onlara təsir etmir. Hərçənd, İrəvan özünün bütün rəsmi bəyanatlarında onların qərarlarının yerinə yetirilməasinə sadiqliyini qeyd edir.

Yaxşı, indi bu "şanlı" erməni ordusu kiminlə döyüşür? Onların "sərhədlər"inə hücum edən mifik Azərbaycan qoşunları ilə, yoxsa həlak olan, amma öz borcunu sonadək yerinə yetirmiş və düşmənin cinayətkar planını pozmuş döyüşçülərlə? Ermənistanın cinayətkar rejimi cəbhədə istənilən planlaşdırılmış təxribat ətrafında hay-küy salmaqla, Azərbaycanın "aqressiyası"na dair mövcud olmayan faktlar barədə saxta məlumatlar yaymaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətində status-kvonu qoruyub saxlamağa, Azərbaycan ərazilərinin işğalına görə məsuliyyətdən yayınmağa və döyüş əməliyyatlarının bərpasına görə öz gühanını "xəstə başdan sağlam başın üstünə" atmağa çalışır".шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.