37 yaşlı xanımı Yaqub Zurufçudan elə sözlər dedi ki... - “Mənə lüks həyat yaşatmır”

2-05-2017, 14:42           
37 yaşlı xanımı Yaqub Zurufçudan elə sözlər dedi ki... - “Mənə lüks həyat yaşatmır”
Tanınmış müğənni Yaqub Zurufçu Azərbaycana gəlib. Müğənni ilə İçərişəhərdə qarşılaşdıq. O, ailəsi – həyat yoldaşı Aynur xanım və oğlu Atilla ilə birgə gəzintiyə çıxdığını dedi. Əvvəlcə müsahibə verməkdən boyun qaçıran sənətçi və xanımınından çətinliklə də olsa, bəzi suallarımıza cavab ala bildik.

– Yaqub bəy, Azərbaycana nə vaxt gəlmisiniz?

– 15 gündür ki, Bakıdayıq, istədim oğluma İçərişəhəri göstərim. Övladım hələ burda olmayıb. Onunçün hər şey maraqlıdır. Amma inciməyin, mən müsahibə vermək istəmirəm. Nə efirlərə çıxıram, nə də saytlara danışıram.


– Biz sadəcə, hal-əhval tutmaq istəyirik. Amerikada yaşayırsınız?

– Orda da yaşayırıq, burda da…

Xanımı:

– Əsasən Azərbaycanda yaşayırıq, amma biznes üçün Amerikaya gedirik.

– Yaqub bəy hansı bizneslə məşğul olur?

– Biznesimiz yoxdur, sadəcə olaraq xarici ölkələrdə verdiyi konsertləri nəzərdə tuturam. Müğənninin biznesi onun verdiyi konsertlərdir.

– Yaqub Zurufçu ilə aranızda yaş fərqi var, nə əcəb özünüzdən bu qədər böyük birini seçdiniz, səbəb nə oldu?

– Mənim 37 yaşım var, amma həyat yoldaşımla aramızdakı yaş fərqini hiss etmirəm. Mən onu sevdiyim üçün seçdim.

– Övladınızın neçə yaşı var?

– Altı yaşı tamam olacaq. Adı da Atilladır.

– Atası kimi səsi varmı, böyüyəndə müğənni olmaq istəmir ki?

– Yox, atası onun müğənni olmasını istəmir.

Yaqub Zurufçu

– Xanımınızı qısqanırsınız?

– Yox.

– Niyə, gözəl qadındır, üstəlik özünüzdən yaşca da bu qədər kiçikdir?

– Yox, o qadını qısqanarlar ki, gözü-başı qaynaya. Mənim seçdiyim qadın kişi qızıdır.

– Aynur xanım, Yaqub bəyin sizə qadağaları varmı?

Aynur xanım

– Qətiyyən.

– Bir məşhurun xanımı olmağın çətinlikləri varmı?

– Yaqub Zurufçunun xanımı olmaq çətindir.

– Ən sərt xüsusiyyəti hansıdır?

– Sərt xüsusiyyəti yoxdur.

– Bir müddət öncə Yaqub Zurufçunun təşəbbüsü ilə Avropada keçiriləcək konsertlərin fars adı altında təqdimatı qalmaqallara səbəb oldu…

– Afişa məsələsi ilə bağlı qalmaqala Yaqub bəy özü də cavab verdi. Sonra da peşman oldu. Deyir gərək cavab verməyəydim. Çünki hər bir insanın öz fikri var…

– Yəqin ki Amerikada lüks, dəbdəbəli həyat yaşayırsınız?

– Yox, dəbdəbədən uzaq həyatımız var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru