Ruslan Bəşirli yenə də təhdid olunur... - "Mən sizin uğrunuzdamı 7 il həbs həyatı keçirmişəm?"
27-07-2015, 21:17
Az əvvəl AXCP sədri Əli Kərimlini9n yandaşları tərəfindən təhqir olunduğunu bildirən "Avropa.info" saytının rəhbəri Ruslan Bəşirli özünün "facebook" səhifəsində yeni bir status paylaşıb. DİA.AZ həmin statusu təqdim edir:
"Əli Kərimli haqqında yazdığım statusumdan sonra, gədələri facedə növbəti şantaj taktikasına keçiblər. Öz səviyyələrinə uyğun söyüş və bir də təbii ki, şantaj. Nihad Hüseyn adlı bir uşaq yazır ki, mən həbsdən çıxanda beynəlxalq qrumlara məktub yazıb kömək istəmişəm))) Əvvəla, mən həbsdən çıxanda bir neçə ölkədən mühacirət etməyim üçün təklif gəlmişdi və mən bunları şuurlu sürətdə rədd etdim. İkincisi , mən QHT açmaq istəyirdim və təbii ki, QHT olaraq beynəlxalq insan hüquq təşkilatları ilə əlaqələr qurmalıydım. Bunun üçün, beynəlxalq təşkilatlarla görüşmüşəm də, ola bilsin layihələr də hazırlamışam. Burada nə var ki? Bu nə ucuz, primitiv, şərəfsiz şantaşdı? Mən niyə sizi vaxtında tanımamışam? Mən sizin uğrunuzdamı 7 il həbs həyatı keçirmişəm? Əlinizdən gələni 5 qaba çəkin".
Dia.az xatırladır ki, bundan əvvəl keçmiş cəbhəçi olan Bəşirli öz "facebook" səhifəsində belə bir statusla çıxış etmişdi:
"Əli Kərimli növbəti dəfə manqurtlarına məni söymək təlimatı verib. Dünəndən facedə məni təhqir edirlər. Mən fikirləşirəm ki, doğrudanmı bu adamların içində bir ağıllısı yoxdur ki, bunlara desin, etməyin, eləməyin. Son xəbərdarlığımdır. Cənab Kərimli itlərini ayağına bağla, bilirəm ki, indi məni təhqir edənlər bunu sənin icazən olmadan etmirlər. Nə mənim başımı ağrıt, nə də öz başını. Tərəfdarlarının bir çoxuna məni partiyana "xəyanət" edən adam kimi tanıtmısan. Mən də sadəcə sizlərdən tamamilə uzaqlaşmaq və köhnəni silmək üçün, bu ittihamlara reaksiya verməmişəm. Sənin oyunlarından xilas olduğum üçün özümü çox yaxşı hiss edirəm. Amma, məsələ söyüş həddinə çatdığı üçün, dəhşətli suallarla üzbəüz qala bilərsən. Lütfən, Məmməd İbrahim, nə bilim Nihad Hüseyn kimi gədələrinə təlimat verməyi dayandır. BU son xəbərdarlıqdır"