6 ay yad planetdə qalan kosmonavtdan İNANILMAZ ETİRAFLAR: "Özümüzü unitaza bağlayırdıq ki..."
31-03-2018, 20:41
“Əzələlərimizin zəifləməməsi üçün gündə iki dəfə idman etməli idik, ancaq bu zaman uçmamaq üçün özümüzü bir yerə bağlamalı olurduq”.
Publika.az xəbər verir ki, bu sözləri Rusiyalı kosmonavt Aleksandr Lazutkin Türkiyə mediasına müsahibəsində deyib.
“Mir” kosmik gəmisində 6 ay qalan kosmonavt xüsusi qidalarlarla səhər yeməyi yediklərini deyib, onların dadına görə dünyadakı yeməklərdən geri qalmadığını deyib:
“Getməmişdən əvvəl dünyadakı yeməklər üçün darıxacağımı düşünürdüm, amma orada yediklərimiz də dadlı idi. Səhər yeməyindən sonra hər kəs işi ilə məşğul olurdu. Orada hər kəsin bir işi var idi. Dünyada işə piyada gedirdimsə, kosmosda uçaraq gedirdik”.
Kosmik gəmidə mühəndis kimi işləyən kosmonavt işdən əlavə gündə iki dəfə idman etdiklərini deyib. Gündəlik həyatda görülən bir çox işi kosmosda etməyin çox çətin olduğunu vurğulayıb:
“İdmandan sonra duş qəbul edirdik. Duş üçün istifadə edəcəyimiz su kapsulların içərisində olurdu. Kapsulun qapağını açanda su uçurdu. Biz də suyu tutub bədənimizə sürtürdük. Tualetdə isə özümüzü unitaza bağlayırdıq. Sidiyimizi isə təmizləyib su kimi istifadə edirdik”.
Kosmosda 6 ay qalandan sonra əzələlərinin və sümüklərinin zəiflədiyini deyən kosmonavt dünyaya qayıdandan sonra yerin cazibə qüvvəsi səbəbindən daim qusmaq ehtiyacı hiss etdiyini vurğulayıb:
“Hətta ilk dəfə gələndə jurnalistlərin suallarına belə cavab verə bilməmişdim”.
Kosmonavt olmağın uşaqlıqdan arzuladığını deyən Lazutkin bunun üçün səbrin son dərəcə vacibliyinə diqqət çəkib:
“Kosmonavt olmaq üçün həm də insanları olduğu kimi qəbul etmək və hadisələrə soyuqqanlı yanaşmaq lazımdır. Kosmosu anlamaq üçün əvvəlcə dünyanı yaxından tanımaq və çoxlu səyahət etmək lazımdır. Kosmosa gedənə qədər hər şey addım-addım öyrədilir - təyyarəni idarə etmək, paraşütlə tullananda xüsusi hallarda problemi həll etmək, dənizdə balıq kimi üzmək, fərqli iqlimlərə öyrənmək və orada yaşaya bilmək və s. Amma ilk növbədə dünyanın coğrafiyasını çox yaxşı bilmək lazım idi. İki il bu istiqamətdə təhsil alandan sonra uçmaq üçün testlərə başladım”.
Lazutkin uşaq vaxtı yadplanetliləri görmək üçün kosmonavt olmaq istədiyini, ancaq görmədiyinə görə yenidən kosmosa getmək istədiyini bildirib:
“Kosmosda son illər durğunluq var. 1960-cı illərdə kosmosa getmək üçün bir yarış var idi. Çin son illər bu yarışa qatılıb, ancaq lider olmaq üçün Rusiya və ABŞ səviyyəsinə yüksəlməlidir. Mən şəxsən bunun tərəfdarıyam. Bizim səviyyəmizə çatandan sonra ölkələr arasında bir rəqabət olacaq. Rəqabət nəticəsində texnologiya da inkişaf edəcək. Artıq Rusiya ilə ABŞ arasında bu məsələdə rəqabət mühiti yoxdur. İki ölkə kosmik araşdırmalarını artıq birlikdə aparır”.
Moskva Aviasiya İnstitutunda mexanika mühəndisi olan 61 yaşlı Lazutkin 1997-ci ildən kosmik missiyasına başlayıb. O bildirib ki, kosmosda olduğu ikinci həftədə Mir-də yanğın baş verib. Amma komanda üzvləri ilə birlikdə yanğını söndürən Lazutkinə “qəhrəman” ləqəbi alıb. O, yanğın nəticəsində zərər çəkən kabelləri yemək bıçağı ilə təmir edib. 6 saat ərzində idarəetmə sistemini itirən kosmik gəmini təmir edərək yenidən onun dünya ilə əlaqəsini yarada bilib.