“Xaricdə yaşasaydım pornoya da çəkilərdim” — Erotik rollara çəkilən azərbaycanlı aktrisa
4-09-2018, 08:23
Teref.az “Milli.Az”a istinadla Aktrisa Türkan Əliyevanın müsahibəsini təqdim edir:
– Türkan xanım, uzun zamandır ki, sənətlə məşğul olmursunuz. Buna səbəb nədir?
– Bəli, səhhətimlə bağlı problemlər oldu, buna görə də sənətdən uzaq düşdüm. Şükür Allaha indi yaxşıyam. Çox şükür.
– Mən bilirəm ki, siz 2 aylıq övladınızı da itirmişdiniz. Sənətdən uzaq düşməyinizə də yəqin ki, bu səbəb olmuşdu.
– Bəli, övladımı itirəndən sonra ağır depressiya yaşadım. Hər kəsdən, hər şeydən uzaqlaşdım. Elə səhhətimdə də bundan sonra problemlər əmələ gəldi.
– Hazırda sənətinizdə nə kimi yeniliklər var?
– Yeni reklam, film təklifləri var, amma maddi baxımdan məni qane etmədiyinə görə qəbul etmirəm. Mən həm də müğənni kimi fəaliyyət göstərirəm. Yeni mahnı da, klip də var, tənbəlliyimi kənara qoysam tez bir zamanda onları təqdim edəcəyəm.
– Müğənnilik sevdasına düşmüsünüz?
– Mən musiqini çox sevirəm, o sahə üzrə də dərslər almışam. Əsas işim müğənnilikdir, amma aktrisalıq daha çox uğur gətirdi mənə.
– Sonuncu dəfə nə vaxt filmə çəkilmisiniz?
– Uzun zamandır ki, heç nəyə çəkilmirəm. Hazırda yalnız səhhətimi və istirahətimi fikirləşirəm. Düşünürəm ki, bunlar daha önəmlidir.
– Bir neçə il əvvəl “Qız yükü” serialındakı rolunuza görə çox qınandınız. Qınaqlara görə çəkilişlərdən imtina etdiniz?
– Mənə dəvətlər gəlirdi, sadəcə olaraq problemlərimə görə gedə bilmirdim. Çəkildiyim “Qız yükü” serialından sonra gələn təklifləri isə qəbul etmədim. Çünki bu serialdan sonra böyük qınaq atəşinə tutuldum, istəmirdim ki, həmin situatsiyaya ikinci dəfə düşüm. Həm də ki, bütün rejissorlar məni açıq-saçıq rollara dəvət etdi. Ona görə də getmədim. Mən fərqli rollar istəyirəm, hər rolda öz imzamı qoymaq istəyirəm.
– Sizin açıq-saçıq rolda çəkildiyiniz dönəmlərdə bu tip rolları oynayan aktrisalar bir o qədər də çox deyildi. Necə buna cəsarət etdiniz?
– İncəsənətdən az da olsa anlayışı olan insan bilir ki, bu yalnız roldur. Orda artıq-əskik heç nə olmur. Bizim millətimiz bu tip rolları oynayan aktrisalara dəstək olmaq əvəzinə daha da qınayır. Hazırda mən yalan olmuşam. O qədər çəkilən aktrisalar var ki. Mən buna pis baxmıram. Əsl aktrisa bütün rolları oynamağı bacarmalıdır. “Ay bu rol olmasın, o olmasın” deyənlər niyə aktrisalıq edir bilmirəm!
– Açıqlamalarınız həmişə səs-küy yaradıb. Hətta müsahibələrinizin birində təklif gələrsə, porno filmə çəkilmək istəyinizi də bildirmişdiniz.
– Mən istəsəm çox yeniliklərə imza ataram, amma nə isə… Bu açıqlamalarım yenidən səhv anlaşılmazlıqlara gətirib çıxaracaq. Xaricdə yaşasaydım porno filmə çəkilərdim. Mən öz görünüşümə güvənərək bu sözləri demişəm. Heç bir qüsurum yoxdur. Bir sözlə xarici ölkədə yaşasaydım oranın çəkilişlərində reytinqi qırardım. Amma burada yaşadığıma görə, ailəmə görə yenidən o səhnələrə çəkilmək istəməzdim. Xarici vətəndaş olsaydım məndə olan cəsarət onlara sərf edərdi.
– Qadın kimi xoşbəxtsiniz?
– Bəli, qadın kimi xoşbəxtəm.
– 2-ci dəfə övlad sahibi olmusunuz?
– Bəli, amma 2-ci övladım haqda danışmaq istəmirəm. Xahiş edirəm yaramı yenidən qanatmayın.
– Həyatda peşman olduğunuz anlar var?
– Həyatda nə olursa-olsun yaxşılığa doğru olur. Olacağa çarə yoxdur.
– Bu sənətin təhsilini almısınız?
– Çəkilişlərə yeni başlayanda təhsil almamışdım, çəkilişlərdən sonra təhsil aldım.
– Sizin üçün rolun böyük-kiçiyi var?
– Xeyr, əsas odur rol olsun.
– Hansı rolun arzusundasınız?
– Mən bütün rolları oynaya bilərəm. Amma daha çox komik rolları sevirəm.