Rusiya İrana kömək planı hazırlayıb – ABŞ sanksiyalarından yan keçməklə…

16-10-2018, 07:50           
Rusiya İrana kömək planı hazırlayıb – ABŞ sanksiyalarından yan keçməklə…
Rusiya İrana kömək planı hazırlayıb ki, onun vasitəsilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyalarından yan keçmək mümkün olacaq.

İsrail Xarici İşlər Nazirliyinin (XİN) məxfi sənədinə istinadla, bu barədə, «Mako.co.il» nəşri xəbər veib.

Nəşrin məlumatına görə, İran öz neftini Xəzər dənizindən keçməklə, Rusiyanın neft emalı zavodlarına çatdıracaq. Artıq bundan sonra, İran nefti beynəlxalq bazarlarda «Rusiya nefti» adı altında satılacaq.
Qeyd olunur ki, belə plan Rusiya, İran və Türkiyə arasında Tehranda keçirilmiş üçtərəfli sammitdə razılaşdırılıb.

Bundan başqa, bu mexanizmin reallaşmasına Avropa da öz növbəsində, «səssiz razılıq» verməlidir. Beləliklə, Avropa ölkələri İranın nüvə sazişindən çıxmasına yol verməməyə çalışırlar.
azpolitika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru