"Yerevanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də...” - ABŞ səfiri

16-10-2018, 19:23           
"Yerevanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də...” - ABŞ səfiri
Tutulmuş müəyyən ərazilər qaytarılmadan Dağlıq Qarabağ probleminin nizama salınması mümkün deyil.

Virtualaz.org bildirir ki, bunu EVN Report-a müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.

Səfir qeyd edib ki, erməni xalqı hansı nizama salınmaya hazır olduğunu müəyyən etməlidir.

"Mən ilk dəfə bura gələndə və aydınlaşdıranda ki, görüşdüyüm ermənilərin əksəriyyəti danışıq prosesinin hissəsi kimi işğal edilmiş ərazilərin qaytarılmasına qarşıdır, təəccüblənmişdim. Məni o fakt təəccübləndirir ki, Ermənistanda münasib qərarlar və güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır. Uzun illər mənim hökumətimin təsəvvüründə belə bir fikir vardı ki, bu torpaqlar sonradan "ərazilər statusa əvəz olaraq " düsturu üzrə istifadə edilməsi üçün tutulub. Mən həqiqətən təəcüblənmişəm ki, bu variant artıq dəstək qazanmır", - Riçard Millz qeyd edib.

O deyib ki, 2016-cı ilin aprel müharibəsinin bu yanaşmanı kəskinləşdirdiyini anlayır. "Amma reallıq ondan ibarətdir ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan münaqişənin nizama salınması mümkün deyil”, - deyə səlahiyyət müddəti başa çatan ABŞ səfiri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru