ABŞ və Çin ticarət ziddiyyətlərinin aradan qaldırılması üzrə danışıqlara başlayıb

7-01-2019, 11:17           
ABŞ və Çin ticarət ziddiyyətlərinin aradan qaldırılması üzrə danışıqlara başlayıb
Çin və ABŞ rəsmiləri Pekində ticarət və iqtisadiyyat sahəsində ikitərəfli ziddiyyətlərin aradan qaldırılması üzrə rəsmi danışıqlara başlayıblar.

“Report” xəbər verir ki, bu barədə Pekində işıq üzü görən “Beytszin tsinnyanbao” qəzeti məlumat verib.

Qəzetin məlumatına görə, ABŞ nümayəndələrini daşıyan 10-dan çox avtomobildən ibarət kortej Pekinin mərkəzində yerləşən Çin Ticarət Nazirliyinin ərazisinə daxil olub. İkigünlük məsləhətləşmələr yerli vaxtla, təxminən, 09:00-da (Bakı vaxtı ilə 05:00) başlayıb.

Bu danışıqların gedişində daha əvvəl yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsində irəliləyişə nail olmağa imkan verəcək konstruktiv dialoqun baş tutacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.