Ağ Ev: "İvanka Trampın Dünya Bankının rəhbəri vəzifəsinə namizədliyi xəbəri yalandır"

15-01-2019, 07:46           
Ağ Ev: "İvanka Trampın Dünya Bankının rəhbəri vəzifəsinə namizədliyi xəbəri yalandır"
Ağ Ev Amerika prezidentinin məsləhətçisi və qızı İvanka Trampın Dünya Bankının başçısı vəzifəsinə namizədliyi haqqında şayiələri təkzib edib.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktor müavini Cessika Ditto bildirib.

O, qeyd edib ki, İvanka Trampın Dünya Bankının prezidenti vəzifəsinə mümkün namizəd kimi baxılmır.

"Onun namizədliyinin müzakirəsi haqqında xəbərlər həqiqətə uyğun deyil", - deyə "Politico" nəşri Dittodan sitat gətirib.

Bununla belə, o, izah edib ki, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və Ağ Evin Aparatı əməkdaşlarının rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən Mik Malveni namizəd seçimində kömək haqqında xahişlə İvanka Trama müraciət edib. Çünki o, son iki ildə Dünya Bankının rəhbərliyi ilə sıx işləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Financial Times" qəzeti mənbələrə istinadən İvanka Trampın Dünya Bankının prezidenti vəzifəsinə iddiaçı olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.