“İŞİD”in Azərbaycandakı tərəfdarlarının ilk videosu yayılıb

3-07-2019, 07:01           
“İŞİD”in Azərbaycandakı tərəfdarlarının ilk videosu yayılıb
“İŞİD” Terror qrupunun Azərbaycandakı tərəfdarları ilk təbliğat videolarını yayıblar.

Musavat.com “lenta.ru” saytına istinadla xəbər verir ki, həmin görüntülərdəki şəxslər qrupun liderinə biət andı edirlər.
Videomaterial barədə ilk məlumat “SITE Intellegence Group” saytı tərəfindən verilib.

Videoçarxda üzüniqablı və Kalaşnikov avtomatları ilə silahlanmış 3 şəxs görünür. Onlar İŞİD bayrağı fonunda çıxış edir, “tiranları” hədələyir və “xəlifə” Əbu Bəkr Əl-Bağdadiyə sadiq olacaqlarına and içirlər.

Cənubi Asiyada terrorizm üzrə ekspert Faran Cəfəri özünün Tvitter səhifəsində terrorçuların “Mömünlər üçün ən gözəl çıxış yolu” adlı videoçarx seriyasını yayınladığını xəbər edib.

Burada İŞİD-in müxtəlif ölkələrdən olan tərəfdarları üzlərini kamerya doğruldaraq liderlərinə biət edir və sadiq qalacaqlarını bildirirlər.
VİDEO linkdə:
https://lentaru.media.eagleplatform.com/index/player?record_id=1095424&player=new












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru