Tramp Britaniya, Fransa, Yaponiya, Hindistan, Almaniya və Kanada liderləri ilə görüşəcək

23-08-2019, 08:03           
Tramp Britaniya, Fransa, Yaponiya, Hindistan, Almaniya və Kanada liderləri ilə görüşəcək
ABŞ prezidenti Donald Tramp G7 sammiti çərçivəsində Böyük Britaniya, Fransa, Yaponiya, Hindistan, Almaniya və Kanada liderləri ilə görüşəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi jurnalistlər üçün brifinq zamanı deyib.

Nümayəndə bildirib: "Biz gözləyirik ki, o, bir sıra ölkə liderləri ilə, o cümlədən Birləşmiş Krallığın baş naziri B.Conson, Fransa prezidenti E.Makron, Yaponiyanın baş naziri Ş.Abe, Hindistanın baş naziri N.Modi, Almaniyanın kansleri A.Merkel və Kanadanın baş naziri C.Trüdo ilə görüşlər keçirəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru