“Bu oyunlara son qoyulmalıdır” – Asim Mollazadə

24-09-2019, 06:57           
“Bu oyunlara son qoyulmalıdır” – Asim Mollazadə
Ermənistanın rəhbərliyi heç bir irəliləyişə, hansısa müsbət addım atmağa hazır deyil.

Teref.az xəbər verir ki, bu sözləri deputat Asim Mollazadə Yeniavaz.com-a bu gün ABŞ-da keçiriləcək Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə münasibət bildirərkən deyib.

Azərbyacanın danışıqlar prosesi zamanı sərt mövqe qoymalı olduğunu qeyd edən A. Mollazadə bildirib: “Mən bu görüşlərdən heç bir şey gözləmirəm. Əslində mənə elə gəlir ki, artıq Azərbaycan öz sərt mövqeyini vasitəçilər qarşısında qoymalıdır. Çünki Ermənistan rəhbərliyinin bəyanatları, Zöhrab Mnasaknyan (Ermənistan Xarici İşlər Naziri red.) oyunları danışıqlar prosesini kobud sürətdə pozur. Və bu istiqamətdə Azərbaycan Beynəlxalq təşkilatlardan tələb etməlidir ki, bu oyunlara son qoyulsun. Bu danışıqların imitatsiyası heç bir şey vermir. Azərbaycanın mövqeyi daha sərt olmalıdır. Bunlar beynəlxalq ictimaiyyətdə yanlış mövqe formalaşdırırlar ki, guya bu istiqamətində danışıqlar var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru