Əliyev-Paşinyan görüşü olacaq? – Mnatsakanyan açıqladı

24-09-2019, 08:24           
Əliyev-Paşinyan görüşü olacaq? – Mnatsakanyan açıqladı
Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Ermənistan Prezidenti Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş ehtimalı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

“Hələlik tələsmirik. İndi biz qarşıdan gələn görüşə (XİN rəhbərləri səviyyəsində) köklənmişik, bundan sonra isə növbəti addımları görə bilərik. Bu mərhələni keçmək, daha sonra növbəti addımı planlaşdırmaq çox vacibdir. Əgər mən indi desəm ki, biz görüşün növbəti mərhələsini liderlər səviyyəsində görürük, tələsmiş olaram”, - Mnatsakanyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru