Nardaranda nə baş verir? - Açıqlama

1-12-2015, 12:15           
Nardaranda nə baş verir? - Açıqlama
Bu gün səhər saatlarından başlayaraq Nardaran sakinləri Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlayıblar.

Sosial şəbəkələrdə yayılan şəkillərdə göründüyü kimi aksiya iştirakçılarının əllərində dəmir armaturlar, daş parçaları var. Onlar Nardaran hadisələri zamanı həlak olanların meyitlərinin qaytarılmasını tələb edirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ağır zirehli texnika cəlb olunub.

Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Güloğlan Məmmədov AzVision.az-a açıqlamasında bilidirib ki, Nardaranda aksiyanın keçirilməsi haqda yayılan məlumatlar doğru deyil. Hazırda ərazidə tam sakitçilikdir.

“Hər gün demək olar ki, əraziyə baş çəkirik. Sakinlərin təklifləri ilə maraqlanırıq. Çox güman ki, meyitlər bu gün təhvil veriləcək. Sakinlərin etiraza qalxması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Hazırda biz özümüz ərazidəyik. Ciddi problem yoxdur”.

İcra başçısının birinci müavini deyib ki, Nardaranda vəziyyəti kənardan gələn insanlar qızışdırmağa çalışırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.