Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunur

5-12-2019, 00:57           
Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunur
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub.

Publika.az xəbər verir ki, ölkənin Xüsusi İstintaq Komitəsi S.Sarkisyana qarşı müvafiq ittiham irəli sürüb.

Komitənin məlumatında deyilir ki, sabiq prezident 2013-cü il 25 yanvar-7 fevral tarixləri arasında dövlət büdcəsindən xərcləmə yolu ilə 1 milyon dollardan çox vəsaiti mənimsəyib.

Qeyd edək ki, S.Sarkisyan 2018-ci ilin aprelində baş nazir seçildikdən qısa müddət sonra etiraz aksiyaları nəticəsində istefa vermişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.