Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşlarına turist vizalarının verilməsini dayandırdı - Koronavirusa görə

28-02-2020, 10:52           
Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşlarına turist vizalarının verilməsini dayandırdı - Koronavirusa görə
Səudiyyə Ərəbistanı koronavirus səbəbindən Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.

Bu barədə “Xabar24” Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilir ki, siyahıda Azərbaycandan başqa, Çin, İran, İtaliya, Koreya, Yaponiya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, İraq, Filippin, Sinqapur, Hindistan, Livan, Suriya, Yəmən, Qazaxıstan, Özbəkistan, Somali və Vyetnamın da adı var.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı Məkkədə Ümrə (kiçik həcc) yerinə yetirmək və Mədinədəki Peyğəmbər məscidini ziyarət etmək məqsədilə ölkəyə girişin müvəqqəti olaraq dayandırılması barədə qərarını açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru