ÜST dindarlara xəbərdarlıq etdi: Koronavirusu yayırsız!

1-03-2020, 00:00           
ÜST dindarlara xəbərdarlıq etdi:
Salvatore Kurial bu kilsə ayinini iki nəfərin öpüşü ilə müqayisə edib və deyib ki, bunlardan biri infeksiyanın daşıyıcısı ola bilər

Pravoslavların ikonaları öpmək ənənəsi koronavirusun yayılması səbəbindən təhlükəli ola bilər. Bu barədə RİA Novosti agentliyinə ÜST-ün rəsmi nümayəndəsi Tarik Yazareviç məlumat verib.

O, virusun hava-damcı yolu ilə ötürüldüyünü və virusa yoluxmuş şəxsin öpdüyü ikonanın səthində virusun qala biləcəyini xatırladıb. Bu vəziyyətdə ikonanı öpən növbəti şəxsin xəstələnmə riski artır.

İtaliyanın Milli Yoluxucu Xəstəliklər İnstitutunun elmi koordinatoru Lazzaro Spallanzani Salvatore Kurial da bu yolla koronavirusun yayılması ilə bağlı narahatlığını dilə gətirib. O, bu kilsə ayinini iki nəfərin öpüşü ilə müqayisə edib və deyib ki, bunlardan biri infeksiyanın daşıyıcısı ola bilər.

Fevralın 25-də ailə işləri üzrə patriarxal komissiyanın rəhbəri, protoierey Dmitri Smirnov İtaliyadakı rahibləri hakimiyyət orqanlarının koronavirus səbəbiylə kilsəni bağlamaq tələbini qulaqardına vurmağa çağırıb. "Necə dua etməyim? Vəba ona görə dayandı ki, insanlar toplu halda dua etdilər!" - deyə keşiş "Spas" telekanalının efirində bildirib.

"Burada cəmiyyətin Rəbb üçün əziyyət çəkməyə hazır olub-olmadığı yoxlanılır", - deyə din adamı bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru